Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Avqust 2022

Corc Dik bilmək istəyirsə nə oxuyuruq...

Dikin nəzərinə çatdırmaq istəyirik ki, təbrizlilər Fələstin kitabını oxuyur...

Dikə kişilik dərsi və Azərbaycan xalqına bir-iki kəlmə söz

Elə əvvəldən söz gəzirdi ki, yəhudilər Azərbaycanı öz vətəni hesab edib istədikləri kimi ölkədə gəzir, yeyib içirlər. Amma sionist İsrail rejiminin ölkəmizdə qondarma bir səfiri var. Corc Dik. Adam doğrudan da Bakıda, Qubada başını dik tutub gəzir. Halbuki ərəblər xoruza dik deyərlər. O mənada yox ki, Corc Dik Bakıda oturub İrana xoruzlanır. Bu mənada ki, bizdə "evdə xoruz çöldə fərə" deyə bir atalar sözü var. Sanki elə Corc Diki düşünün deyiblər. Çünki Corc öz vətəni hesab edib Bakıda öz tvitter hesabında şəkil paylaşır, deyir ki, mən mənə hədiyyə edilən "Təbrizin sehirli nağılları" kitabını oxuyuram, bəs siz nə oxuyursuz? Əgər bilmək istəyirsə biz Ayətullah Xameneinin qondarma sionist rejim əleyhinə olan çıxışlarından hazırlanmış kitablar oxuyuruq. Həmin kitablarda təkcə Təbrizin İrandan alınmasının və sionist turan dövlətinin qurulmasının nağıl olduğu qeyd edilmir üstəlik sionist rejimin tezliklə məhv olub zibilliyə gömüləcəyinin gerçək olduğu da bildirilir.

Dik isə doğrudan da evdə xoruz çöldə fərədir. Azərbaycanı öz ölkəsi hesab edib evində özünü rahat hiss edir. Amma ayağını çölə qoyanda İran kimi qüdrətli bir dövlət bir yana, Hizbullah kimi bir təşkilatın qabağından da üyüdür. Özü təkcə o yox səfiri olduğu qondarma sionist rejim də.

Dikə nə deyə bilərik? İranın Azərbaycandakı səfiri onun ağzının payını verib. Biz isə ona belə bir kişilik, insanlıq dərsi keçirik. Deyirik ki, sənə o kitabı hədiyyə edən şəxs pis məqsədlərlə hədiyyə edibsə başqasının tırkasına getmək kişilik deyil. Yoxs əgər yaxşı məqsədlərlə veribsə, yaxşı niyyətlərdən pis məqsədlərlə istifadə etmək də kişilik və insanlıq qanunlarına ayqırıdır. Əgər sizdə kişilik və insanlıq varsa nə dediyimi anladınız.

Azərbaycan xalqına gəldikdə isə bir iki səfehi və sionist türkü olan axmaq insanları çıxmaq şərtilə heç kim Corc Dikin tırkasına gedib qonşu, dost və qardaş İrana mənfi, düşmən münasibəti bəsləməz. Məgər, Azərbaycan xalqı tırkaya gedəndir ki? Azərbaycan xalqı çox gözəl bilir ki, böyük turan nağılları sionist türk dövləti xülyasından başqa bir şey deyil.


84 بازدید
در حال ارسال اطلاعات...