Şrift ölçüsü:
A+
A
A-
Kr
27 İyul 2022

Qurban əminin qurban Rauf Arifoğluna nəsihəti

Xristofor Arifoğlu müəllimin yeni kəşfi haqqında

Madam ki, Azərbaycan analoqu olmayan ölkədir, niyə də bu ölkədə analoqu olmayan amerikalar kəşf edilməsin ki? Şəxsən Rauf Arifoğlunun Amerika qitəsini kəşf edən Xristofor Kalumbdan nə əksikliyi var ki? Bir də ki, Xristofor Kolumb kimi qitə kəşf eləməyə nə vare? (Azərbaycanda elmə qiymət verilsəydi ziyalılarımız Xristofor Kolumbun özünü kəşf edərdilər. Şəxsən biz inanırıq ki, AMEA-da oturan hər ziyalımız bir Xristofor Kolumb çəkisində adamdır. Sadəcə bəxtləri onda gətirməyib ki, Arifoğlu kimi filosofların və səyyahların aristotelləri, platonları, xrostoforları üstələdiyi ölkədə yaşayırlar.) Hünəriniz, bir də elminiz, ziyanız varsa Rauf Arifoğlu kimi fikirlər kəşf edin.

Arifoğlu bildiyiniz kimi Müsavat qəzetinin təsisçisi və baş redaktorudur. Elə bir neçə gün bundan qabaq onun qəzetinin cızma qara yazarı Zamin Yevlaxda məktəblilərə "Salam Komandir" mahnısını öyrətdiyi üçün şivən arvadlar kimi səsini başına atmışdı ki, gəl görəsən? Bu həyasız arvaddan betər həyasız adam cızma qarasında deyirdi ki, sən müəlliməsən müğənninin bazarına niyə girirsən? Boyunu yerə soxduğumuz (daha dəqiq desək özü öz boyunu yerə soxub, hərçənd belə adamlarda utancdan başını dəvəquşu kimi yerin dibinə soxmaq söhbəti yoxdur) Arifoğlu güya həccə gedib, amma Zamin kimi ateistlərə icazə verir ki, hicablı, inanclı, özü də şiə məzhəbli bir müəllimə haqqında bu cür öz ana - bacısına yaraşdırmayan sözlər yazsın. Amma Zamin Hacı kimi vicdansızlar gərək bir cızma qara da yazıb Arif kişinin oğluna bildirsinlər ki, qəzetçisən get qəzətində yaz, səyyahların, daha dəqiq Xristofor Kolumbun bazarına niyə girirsən? Amerika kəşf olundu qurtardı daha.

Bəs Arifoğlu nə edib? Özündən ikinci dəfə Amerika kəşf etmək istəyib amma rəzil vəziyyətə düşüb. Deməli, bu rəzil deyir ki, mən hakimiyyətə müxalifəm, amma prezident İlham Əliyevi dəstəkləyirəm. Adam prezident İlham Əliyevi başqa ünvanla tərifləsəydi dərd yarı idi. Ola bilər desin ki, mən hakimiyyətə müxalifəm, amma toyda oynayan İlham Əliyevi dəstəkləyirəm. Çünki gözəl oynamağı var. Amma burda da deyəcəklər ki, heç dəxli var?

Qısası, Arifoğlu Xristofor Kolumbun kəşfini kölgədə qoyacaq bir kəşf etməklə hələ bundan neçə il sonra da prezidentin kölgəsində və xalqın qarşısında gözü kölgəli fırlana biləcək. Burda isə "Yol əhvalatı" filmində Qurban dayının sözü yada düşür: Oğlum, sevgi azaddır, sevirsən sev. Sən elə bilmə mən sevginin əleyhinəyəm.

Arifoğlunun prezident İlham Əliyevi sevməsinə kimsə qarışa bilməz. Özünün siyasətdə keçdiyi uzun yol əhvalatı hamıya məlumdur. Özünü prezident uğrunda qurban verməsi də. Amma gərək sevəndə də əndirabadi sevməyəsən. Yox əgər Arifoğlu bilməyib bunu deyibsə xatırladaq ki, onun müxalif olduğu hakimiyyət adamları nə Xristofor Kolumbun, nə də Qurban əminin imzası ilə seçilmir. Onları məhz İlham Əliyev seçir.


195 بازدید
در حال ارسال اطلاعات...