Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyul 2022

Zamin Hacı, bilirsən niyə Yevlaxda müəllimə uşaqlara dini mahnı öyrədir?

Müsavatın bir yerə çıxa bilməyib köşədə - bucaqda qaldığı üçün nəhayət özünü zorla jurnalist kimi sırıyan köşə yazarı Zamin Hacı yazır: ”Yeri gəlmişkən, o yevlaxlı qadın müəllimi başa düşməyə çalışıram, alınmır. Rəhmətliyin qızı, sənin dərsin riyaziyyatdır, burda uşaqlara Xomeyni haqda mahnı öyrətmək nə deməkdir? Heç olmazsa hansısa müsəlman riyaziyyatçıdan danış, çarşab örtməyin radiusunu, namaz qılmağın bucaqlarını, nə bilim, Ayın çıxması qrafikini öyrət, uşaqlar da yekəlib gedib Şamaxı rəsədxanasında işə düzəlsinlər, dini bayramların vaxtını, salavat çəkməyin dəqiqəsini-filanı xalqa açıqlasınlar. Sən niyə nəğmə müəlliminin bazarına girirsən? ”

Bu adamın özünə deyən lazımdır ki, sən niyə jurnalistlərin bazarına girmisən axı? Məgər, İqtisad universitetini bitirməmisən?

Zamin Hacını hamı tanıyır. Gic gic köşələr yazmaqla, ona buna sataşmaqla beş on manat Arifoğludan pul qırpır. Amma kişiyə yaraşmayan hərəkətlər edir. Görəsən, onun xanımı, ana - bacısı Yexlaxdakı məktəb müəllimi kimi məsələn, uşaqlara Elçibəy haqqında mahnı öyrətsəydilər və Elçibəyi sevməyənlər onları bu cür məsxərəyə qoysaydılar, Zaminin xoşu gələrdi? Bu cür axmaq adamlardan əslində nə desən çıxar. Camaatın ana bacısını təhqir edib sonra bu təhqiramiz cümlələri cızma qaraya doldurub pul qazanmaq kişilərin aləmində nakişilikdir. Başqasının ana bacısı haqqında yazanda onun yerinə öz ana bacını qoy, sonra yaz. Çap eləməmişdən əvvəl yazını apar ana bacına göstər, əgər üzünə tüpürməsələr, ondan sonra get çap elətdir.

Əziz müəllimin öyrətdiyi isə mərhum İmam Xomeyni haqqında yox İmam Zaman ağa haqqında olan mahnıdır.

Amma, onun soruşduğu suala gəlincə, deyir ki, sən niyə nəğmə müəlliminin bazarına girirsən? Səndən soruşan var ki, sən niyə beş on manat üçün hakimiyyətin GÖZÜNƏ GİRƏN qəzet sahiblərinin GÖZÜNƏ GİRİRSƏN? Sonra da o cür müəllimələr uşaqlara dini bu cür vasitələrlə öyrətməyə çalışırlar ki, sənin kimi parazitlər uşaqları yoldan çıxarda bilməsinlər. Sualının cavabı əslində bu qədər sadədir. Sadəcə sənin kimi malotaranlar qanmaz belə şeyləri. Malotaranların da adını batırırsan.


218 بازدید
در حال ارسال اطلاعات...