Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyul 2022

Ətri gəlir Məhərrəmin

Mahi - Məhərrəm oldu məsərrət haramdır,
Matəm bu gün şəriətə bir ehtiramdır.


Dahi şair Məhəmməd Füzulinin bu beyti hamınıza tanışdır. İmam Hüseyn (ə) nökəri olan dahi şair buyurur:

Mahi - Məhərrəm oldu məsərrət haramdır,
Matəm bu gün şəriətə bir ehtiramdır.


Biz Füzulini nəinki dahi şair hesab edirik, üstəlik onun yaradıcılığını məktəblərdə, universitetlərdə belə təbliğ edirik. Ədəbiyyatın nəhənglərindən sayılan bu şəxsiyyətin zəngin irsi hələ də qorunub saxlanılır. Amma bədbəxtçiliyimiz budur ki, onun yazdıqlarına etiqadımız demək olar ki, sıfırdır. Məsələn, Məhərrəm ayına bu qədər hörmət qoyan şairin həmyerliləri olan bizlər Məhərrəm ayına hər fürsətdə ehtiramsızlıq edirik. Əlbəttə, sadəcə dindarlar Məhərrəm ayının hörmətini saxlayır. Bir də vicdanı olan insanların vicdanları sızlayır. Etiraf edirlər ki, belə bir şəxsin, Peyğəmbər (s) övladının, şəhidlərə nümunə və rəhbər olmuş bir insanın matəmində şadlanmaq, atdanın düşmək şəxsiyyəsiz insanların işidir. Ən pisi də bildiyinə əməl etməməkdir. Bizim vəziyyətimiz təqribən bu cürdür. Ya bilirik, Füzulidən öyrənmişik ki, Məhərrəm ayında məsərrət (şadlıq) haramdır, amma qulaq asmırıq, əməl etmirik. Ya da özümüzə qəbul etdirmişik ki, məsərrət (şadlıq) haram zad deyil, sadəcə Füzuli dediyi üçün dahidir, yəqin bir bildiyi vardır deyib sözünün qabağına söz qoymuruq.
Ömrü günü Məhərrəm məclislərində keçən insanlar bilirk ki, məhərrəmqabağı çox gözəl bir fikir səsləndirilir. Sosial şəbəkələr çıxandan hətta bu fikir sosial şəbəkələrə də daşınıb.

Ətri gəlir Məhərrəmin

İraq, İran kimi müsəlman ölkələrində Məhərrəm ayının gəlişi küçələrə, məhəllələrə vurulan qara bayraqlardan bilinir. Amma bizdə necə?

Sionist rejimin ölkədə təsir agenti olan saytlarından biri olan Axar saytı artıq heç kimin inanmadığı bir rəzilliyə indidən alət olub. Sayt yazır: Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 63 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.

Bu xəbər iyulun 12-ə aid xəbərdir. Deməli, İraq və İrandan, eləcə də digər şiə yaşayan məntəqələrdən fərqli olaraq Azərbaycanda Məhərrəm ayının gəlişini bu xəbər bildirir. Yenə də qadağalar çıxartmaq istəyirlər. Bütün ili avtobuslardan tutmuş konsertlərə qədər nə korona var, nə maska, nə riayət edən. Amma Məhərrəm ayının gəlişi ilə bağlı artıq şüvənlik salmağa başlayıblar. Lakin arxayın olun ki, bütün bu hiylələr, fırıldaqlar, saxtakarlıqlar keçmir. Nə edirlərsə heç kim inanmır.


308 بازدید
در حال ارسال اطلاعات...