Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyun 2022

Adam kişi olar!

Fuad Qəhrəmanlıya

Azərbaycanda ömrünü mübarizəyə həsr eləmiş müxalifət liderlərindən olan Fuad Qəhrəmanlının statusu səs-küyə səbəb olub. Əvvəlcə Yevlaxda bütün dünyada məşhur olan "Salam fərmandeh" mahnısını sinifdə uşaqlara öyrədən müəllimə haqqında bu statusu yazıb: "Yevlax rayonundakı məktəblərdən birində şagirdlərə İranın ali dini lideri Xomeneyiyə həsr olunmuş “Salam fərmandeh” mahnısı ifa etdirilib. Bunula bağlı videoda Azərbaycan bayrağının da tərs asıldığı görünür.

Bu hadisə Azərbaycanın dünyəvi dövlət quruluşuna qarşı yönəlmiş ideoloji təxribat kimi qiymətləndirilməli və bir daha belə hala yol verilməməlidir. Hadisə dərhal araşdırılmalı, məsuliyyət daşıyan şəxslər məktəbdən uzaqlaşdırılmalı, ölkənin təhsil sisteminə bu cür sızma hallarının qarşısı qətiyyətlə alınmalıdır.
Təhsil Nazirliyi bu məsələ ilə bağlı cəmiyyətə izahat verməlidir."

Bu statusu oxuyanda Fuad Qəhrəmanlıya ancaq bir cümlə yazmaq keçir insanın ürəyindən: ADAM KİŞİ OLAR! Ona görə yox ki, burada durub şiə dövləti olan İrana öz kinini qusub. Bu barədə zatən adamı kifayət qədər qınayıblar. Durub burdan Fuad bəy kimi mübariz, zalım rejim önündə qətiyyətlə dayanan bir şəxsə "niyə məktəblərdə azyaşlı qızlar göbək rəqsi oynayanda səsin çıxmırdı" deyə də bilmərik. Çünki - adamın Allahı var - Fuad bəyi həqiqətən də ölkədə müxalifət və mübariz müxalifətçi hesab edirik. Ölkədə zülm və ədalətsizlik əleyhinə illərdir verdiyi mübarizəyə kölgə düşürmək olmaz. Bəs onu niyə qınayırıq?

Ona görə ki, əvvəla bu mahnı İranın Ali Dini Liderinə aid deyil. İranda, iranlılar tərəfindən oxunula bilər. Bəlkə mahnıda İranın Ali Dini Liderinin adı da çəkilə bilər. Amma mahnı sırf İmam Zaman (ə.f) ağaya həsr olunub. Komandir (fərmandeh) sözündən məqsəd də nə Qasim Süleymani, nə də Ayətullah Xamenei deyil. Məhz İmam Zaman (ə.f) ağadır. O Ağa ki, siz də yəqin ki, belə etiqad edirsiz ki, o gələcək və dünyada ədaləti bərqərar edəcək. Hətta bəlkə bu cür ümid edirsiniz ki, sizə də bir mübariz ünvanında öz ordusunda yer verəcək!

İkincisi və Azərbaycan mentaliteti cəhətdən daha mühüm olan məsələ budur ki, Azərbaycan kişisinə, xüsusilə də sizin kimi bir adama yaraşmaz ki, durub kiminsə xanımı haqqında şivənlik salasınız və işvərənlik edibmiş kimi hay -küy qoparasınız. Lap deyək ki, bu işi xarici ölkələrin (İranın) bir təhlükəsi kimi hesab edirsiz. Amma durub həvəskar çəkilişlə, üç - dörd şagirdlə danışan, onlara dini mahnı öyrədən bir azərbaycanlı anası, bacısı, xüsusilə də müəlliməsi və daha da mühüm möminə, hicablı müəlliməsi haqqında status yazmaq o qədər də mühüm bir məsələ deyil. Ölkədə o qədər problemlər var, elə onlarla məşğul olmağı davam etdirmək daha məqsədəuyğun olardı. Özü də bir hicablı bacınızı elə ünvanlara şikayət edirsiniz ki, həmin ünvanların özləri ədalətsizlik, rüşvət içində batıb gedir. Həmin ünvanlar (Təhsil Nazirliyi) ölkə məktəblisinə göbək rəqsi oynatdıranlara bir söz demədi.

Üçüncüsü, Fuad Qəhrəmanlı məlum statusdan sonra onu qınayanları görüb növbəti status yazıb və özünün haqlı mübarizəsini gözümüzə soxub. Mən elə edəndə siz harda idiz, mən belə edəndə siz nə edirdiz kimi suallar verib. Sanki ölkədə zülmlərə etiraz edən ancaq Fuad Qəhrəmanlıdır vəssalam. Ölkədə sizin kimi etiraz edən dindarların sayı heç də az deyil. Amma insan etdiyi yaxşı işi başa qaxınc etməz. Zatən sizə etiraz edənlər sizi tanıyırsa zülmə qarşı olan mübarizənizi də dəstəkləyir. Amma etdiyiniz işi Allah rızası üçün edin və qoyun Allahla aranızda qalsın. Bir xanımın, özü də hicablı, müəllimə bir xanımın etdiyi bir işi şivənlik salıb aləmə car çəkdiyiniz kimi Allah yolunda mübarizə aparmağınızı da aləmə car çəkməyin!


426 بازدید
در حال ارسال اطلاعات...