
Güya Qafqaz Müsəlmanları İdarəsi çağırış edib. Çeynənmiş, mənasız sözləri bir vərəqə doldurmaqla deyil, əvvəla bu suala cavab vermək lazımdır ki, siz Qafqazın hansı müsəlmanlarının idarəsisiniz? Ümumiyyətlə, nə qədər müsəlman sizi bir idarə kimi qəbul edir? Bu sual ətrafında ciddi ciddi düşünmək gərəkdir.
İkinci məsələ budur ki, ümumiyyətlə bu çağırışın QMİ tərəfindən olması şübhəlidir. Bir Allah bəndəsi bu çağırışın mətnini götürüb idarəni başdan ayağa gəzsə və məsul şəxslərdən bu yazını kim yazıb deyə soruşsa əminəm ki, heç kimin, idarənin heç bir işçisinin bundan xəbəri olmaz. Böyük ehtimalla bu cür yazılar Yeni Azərbaycan Partiyasının mətbəxində hazırlanır.
Amma yazıda bəzi məsələləri qeyd ediblər ki, biz də münasibət bildirsək yaxşı olar.
Birinci məsələ YAP ilə QMİ-nin müştərək yuxusu olan "Azərbaycanda hökm sürən torelantlıq" məsələsidir. İllərdir özlərini bu yalana inandırıblar. Bu yazıqlar elə bilir ki, bir iki dəfə məzhəblər, nə bilim dinlərarası konfrans keçirmək, din xadimlərini bir yerə yığmaq tolerantlıq sayılır. Vay sizinlə əməkdaşlıq edən din xadimlərinin halına ki, onlar ölkədə baş alıb gedən hərtərəfli haqsızlıqlara susurlar. Əgər, Azərbaycanda diktatura hökm sürməsəydi, insanlara azadlıq verilsəydi o tolerant saydığınız insanlar, dinlər görərdiniz sizi necə lənətləyir. Sizin ağalıq etdiyiniz ölkədə hicablı pasport almaq olmur. Ruhanilər həbsdədir, məscidlər bağlanır, əxlaqsızlıq baş alıb gedir, siz isə tolerantlıq xəyalları qurursuz.
Sonra görün nə yazıblar: "Xalqımızın Vətən müharibəsindəki qələbəsi naminə canlarını fəda etməyə hazır olan, sağlamlığını itirən qəhrəman qazilərimizi təxribata çəkmək yönündə xaricdən idarə edilən və maliyyələşdirilən hərəkətlər də bu qəbildəndir." Bu insanlar elə bilir ki, nazirliyin qapısını təpiklə sındıranlar İranda təhsil alan tələbələr olublar, İrandan maliyyələşiblər. Kül bu hakimiyyətin başına ki, onun qazisinin xarici qüvvələr tərəfindən idarə olunduğu fikrini ortalığa atırsız.
Sonra deyirlər ki, güya ölkə unikal ölkələrdəndir ki, burda məzhəb fərqi qoymadan eyni məsciddə namaz qılırlar. Görünür bunu yazan YAP mətbəxinin aşpazının xəbəri yoxdur ki, Azərbaycanda vəhhabilər şiələri, sünnüləri kafir, müşrik bilir. Ay yalançılar, harda, hansı məsciddə müxtəlif məzhəb adamları bir yerdə namaz qılır axı. Xalqa niyə yalan satırsız. Onsuz da inanan yoxdur sizə. Sizin kimilərin ayağı məscidə dəyməyəndə xəbəriniz də olmur.
Sonra güya dövlətçiliyin mənafelərini müdafiyə etməyə çağırırlar. Hansı dövlət əə? Qəsbkar hakimiyyət nə vaxtdan dövlət oldu? Biz elə dövlətimizi qorunmaq üçün alçaq hakimiyyəti, rəzil QMİ-ni silib kənara atmağa çalışırıq da. Sizlər rədd olub səhnədən çıxın, layiqli inanalar iş başına gəlsin və dövlət yaxşı olsun.