Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyun 2022

Elm ocaqlarında qızlara göbək atdırıb zindanlarda Allahı söyürlər

Hicaba, dinə, ruhaniyyətə, Hacı Taleyə azadlıq!

Hacı Talenin adı gələndə ağla hicab azadlığı gəlir. İlk dəfə 2010-cu ildə hicab qadağası çıxmışdı, Hacı Tale kimi mərd, qeyrətli oğullar hətta təhsilini yarımçıq qoyub Bakıya məhz hicabı qorumağa gəlmişdi. Ondan sonra qısamüddətli həbslər görsə də nəhayət Nardaran hadisələrindən sonra uzunmüddətli həbs edildi. Əlbəttə Allaha təvəkkül edən, Allahın mütləq qalib və Qəhhar olduğunu bilən hər kəs onun Allahın izni, məsumların (ə) inayəti ilə tezliklə həbsdən çıxacağına, onu ora salanların tezliklə layiqli yerlərinə gircəklərinə inanır.

Bu yaxınlarda Hacı Tale ilə bağlı üzücü xəbər aldıq. Bir İslam Hərəkatı liderinin, azad ruhlu hüseynçinin zindanda aclığa başlaması faciədir. Təsəvvür edin ki, onun kimi din rəhbərləri insanları deməlidir ki, canınızı təhlükəyə atıb aclıq etməyin, amma onun özü bu gün aclığa başlayıb. Üstəlik bu aclığı şəhadət aclığı adlandırıb.

Ən pisi də budur ki, bu hadisə bilirsizmi hansı günlərə təsadüf edib? Hacı Tale zindanda aclıq aksiyasına başlayanda paytaxtda azyaşlı uşaqların göbəklərini açıb rəqs elətdirirdilər.
Akademik Zərifə Əliyeva adına liseydə pulla müəllimə oynatdıqları deyilir. Azyaşlı qız uşaqları orta məktəbdə göbək rəqsi oynayırlar. Telekanalizasiyaların birində açıq aşkar göbək rəqsi oynadırlar. Bu xaraba ölkəni daha nə qədər pozacaqlar görəsən?

Belə zülm olar ki, ilahiyyatçını həbs elə, zindanlarda Allahı söy, telekanalizasiyalar, məktəb və liseylər fahişəxanaya dönsün?

Bunu alçaq, ermənidən betər hakimiyyət bilərəkdən edir ki, xalqın əxlaqı pozulduqca pozulsun. Allahın lənəti olsun bu cür alçaq məxluqlara. Allah bu məxluqları hidayət olmasalar məhv eləsin.
Hacı Talenin aclıq aksiyası işinə möminlər ciddi yanaşmalıdır. Mümkün qədər hamı yazısı, sözü, çıxışı, əməli ilə etiraz etməlidir. Doğrudan da bir ruhani aclıq edirsə, bir cəmiyyətdə yaşamaq əvəzinə aclığı tərcih edirsə doğrudan da bu cəmiyyət ölüdür. Allahdan bu ölkəyə daha çox bəla gələcək. İntahar edənləri ruhanilər intihardan çəkindirməli olduqları halda ruhanilər aclıq aksiyası keçirir. Bu zülmü Allah götürməz.
Əvvəldə qeyd etdik ki, hicaba qadağa qoyulanda Hacı Tale kimi mərd oğullar sinələrini sipər etdilər. Bu gün də Hacı Tale üçün sinələrin sipər edildiyi vaxtdır. Məhərrəm ayında şücaətdən dəm vuran şairindən, məddahındam tutmuş minbər əhlinə qədər hamı Hacı Taleyə dəstək olmalıdır. Allah ruhanilərimizi qorusun, zalımları məhv eləsin.


298 بازدید
در حال ارسال اطلاعات...