Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2022

Qazilər "səhvlərini" düzəltmək istəyirlər

Nazirlikdə baş verən məlum hadisə ilə bağlı bir neçə söz

Məlumatda deyilir ki, Əlillik və sığortalarını ala bilməyən Qarabağ qaziləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi önündə nazir Sahil Babayevlə görüş tələbi ilə aksiya keçiriblər. Nazirlik tərəfindən qəbul edilməyən qazilər qapının şüşələrini qıraraq, nazirliyin binasına daxil olublar. Hadisə zamanı qazilərdən birinin ürəyi gedib, gərginlik yaşanıb. Nazirliyin mətbuat katibi Fazil Talıbov bildirib ki, onların sağlamlıq vəziyyəti əlilik təyinatına əsas vermirsə, burada qanundankənar hər hansı addım atmaq mümkün deyil. Yenə də hər bir müraciət qeydə alınacaq, araşdırılacaq və məlumat veriləcək.

Bu hadisədən belə daşa düşülür ki, hörmətli qazilərimiz yavaş yavaş səhvlərini düzəltməyə başlayırlar. Səhvləri bundan ibarətdir ki, onlar vətəni xilas etmək məsələsində bir qədər səhvə yol veriblər. Əslində vətənin 20 faizi yox 100 faizi işğal altında idi. Sadəcə 20 faizi milliyyətcə erməni olanlar tərəfindən, qalan 80 faiz isə xasiyyət və mahiyyət etibarilə erməni olan insanlar tərəfindən işğal edilmişdi. Birinci işğal tam olmasa da aradan qaldırıldı və tarixi torpaqlarımıza Allahın izni, Məsumların (ə) inayəti, şəhid və qazilərimizin vasitəsilə qovuşduq. Geriyə qaldı 80 faiz işğal olunmuş torpaqların azadlığı. Bu torpaqlar ermənisifət, ermənidən daha betər olan bir hakimiyyət tərəfindən qəsb edilib.

Biz elə əvvəl günündən demişdik ki, xarici ermənilərlə savaşa başlamazdan əvvəl daxildəki ermənilər ilə savaş başlasın. Qazilər bu mənada səhv edib xarici düşmənlə savaşdılar.

Gəlin kiçik bir eksperiment edək və görək ki, daxili və xarici ermənilərin bizə vurduqları zərər nədir? Diqqət edin, qazilər müharibəyə gedib vuruşur, bədən üzvlərini itirirlər. Bu, xarici ermənilərin vurduqları zərər. Müharibə bitəndən sonra ölkəyə qayıdan qazilər onlara çatmalı olan haqqı ala bilmirlər. Bir var ki, düşmən sənin qolunu səndən alıb, bir də var ki, ölkəndə sən qolunu itirərkən qaçıb siçan deşiyində gizlənən məmurlar səni səndən alır. Balalarını səndən alır. Balalarının gələcəyini səndən alır. Səni acından məhv edir. Bunların hansı daha pisdir? Bu iki maddi zərərin müqayisəsi bir kənara qalsın, işin mənəvi tərəfi adamı daha çox yandırır. Çünki birincisi zatən məlumdur ki, düşməndir. Adı özüylədir: DÜŞMƏN. Amma ikincisi isə bütün müharibə boyu sənin dalında gizlənən insanlardır. Səninlə zahirdə fəxr edən, sənin vasitən ilə ailələri, namusları qorunan, erməniyə əsir olmaqdan amanda qalan insanlardır. Həmin insanlar müharibə bitəndən sonra siçan deşiyindən çıxıb nazirliyin binasında gizlənir. Qapını da hörmətli qazilərimizin üzünə açmırlar. Belə də tərbiyəsizlik olar?

Hər halda qazinin başı xarab olmayıb ki, vurub nazirliyinin qapısını, şüşəsini sındırıb içəri girsinlər. (Halbuki Azərbaycan kimi bir yerdə sağlam adamın başı xarab olsa da təbii baxılmalıdır.) Deməli, görün bu yazıqları nə həddə gətirib çıxarıblar ki, əyinlərinə hərbi forma geyinib nazirliyə hücum ediblər. O forma ki, onunla erməni üzərinə şığımışdılar. Görün bu qazilərin sosial vəziyyətləri nə həddədir ki, alçaq məmurların "mənə görə vuruşmusan, vuruşmazdın", "vətən üçün vuruşmusan, bizdən niyə pul istəyirsən" kimi iynəli sözlərini eşitmələrini nəzərə alıb, bu sözdən utanıb qızarmağa, xəcalət çəkməyə, durub bu mövzuda onlarla mübahisə etmək və başqa bu kimi işlərə tüpürüb nazirliyə hücum ediblər.
Amma səhvi gec də olsa düzəltmək vacibdir. Əziz atalarımız demişkən ziyanın yarısından qayıtmaq da xeyirdir. Odur ki, vətəni bu alçaq, ermənidən betər olan bu məmur ordusundan qorumaq lazımdır.


524 بازدید
در حال ارسال اطلاعات...