Şrift ölçüsü:
A+
A
A-
Kr
08 May 2022

Ərdoğanın Osmanlını devirən Ali Səud qarşısında əzilib büzülməsi

Davosla Ərdoğanı məşhur edənlər, İslam dünyasının güya lideri kimi ona ümməti-müsliminə sırımağa çalışanlar ona imkan yaratdılar ki, o vaxtkı sionistbaşı, qondarma sionist rejimin prezidenti Şimon Pereslə bir az sərt danışsın. O söhbətə görə onu danlamadılar. Amma gün gəldi "İsrail terör devletidir" deyən bu şəxsin rəhbərlik etdiyi dövləti sionist rejimə qucaq açan bir dövlət halına gətirdilər.

İndilərdə isə bir zamanlar dünyaya hökmranlıq edən Osmanlı imperatorluğunun varisi olan Türkiyə cumhuriyyətinin başçısını elə əziblər ki, Ali Səud vəliəhdi ilə görüşmək üçün az qalıb ki, yalvarsın. Vəliəhdlə bir şəkili var, vəliəhdin yanında əzilib büzülür, az qalır ikiqat olsun. Həm də Ali Səud rəsmiləri deyir ki, Ərdoğan dəfələrlə xahiş edib deyə biz də xahişinə cavab verib gəlməsinə icazə verdik. Halbuki qatil adlandırdığı Bəşar Əsəd nəinki Ali Səudu, heç Ali Səudu özünə köpək edən, inək kimi sağan Amerikanı belə vecinə almır.

Əslində hər dəfə İran əleyhinə hürən sionist türkləri bu hərəkətinə görə Ərdoğanı tənqid etməlidir. Çünki nə də olmasa Avropada Türkiyəni Atatürk Türkiyəsi kimi yox Osmanlı varisi kimi tanıyırlar. Amma Osmanlı varisi olan bir dövlətin başçısı nə edir? Gedib bu dövlətin mübarək Hicaz torpaqlarında bir vaxt mövcud olmuş valiliyini devirən o vaxtkı Ali Səudun bu vaxtkı yetimçələrinə yalaqlanır.

Burds isə sionist türkləri Ərdoğanı tənqid edə bilmir. Niyə? Ona görə ki, sionist türklərinin türk damarı ancaq İranda bir hadisə baş verəndə tutur. İran amili meydana çıxanda türk olduqlarını xatırlayırlar. Odur bax, o gün İranın Mazandaran əyalətində bir vəhşi yaratıq şəhərə girmişdi. Əsil sionist türkləri üçün bir şivənlik fürsəti idi. Onlar aləmə car çəkib deyə bilərdilər ki, baxın fars-molla höküməti bir dənə fars bəbiri şəhərə buraxıb ki, yazıb-oxumağa məktəbləri olmayan İran türklərini bu bəbir yesin. Kimsə də vəhşi heyvanı vurub öldürsə götürüb güneyli soydaşlarımızı edam etsinlər. Amma bu şüvənliyi qopara bilmədilər. Ona görə ki, Mazandaran Təbriz, Ərdəbil deyil, yəni orda türklər yaşamır.

Bu yerdə o da məlum oldu ki, sionist türkləri Ərdoğana heç nə deyə bilmədi. Həm də ona görə ki, milliyyətçilik artıq bəlkə də axırdan birinci yerdə olan bir məsələyə çevrilib. Siyasət naminə Ərdoğan gedib Ali Səuda da ağız aça bilər. Sionist türkləri özləri də bunu etiraf edirlər. Deyirlər ki, əşşi burda nə vare siyasət belə olur da. Türkün siyasəti işte budur. Nə olursa olsun, türkün olsun. Yalaqlan, GÖZƏ GİR, onun bunun yanında ikiqat əyil, amma türk kimi əyil, türk kimi GÖZƏ GİR. Türkün zillət içində qul kimi yaşaması, Bəşar Əsədin 12 ildir amerikalılarla izzətlə vuruşmasından yaxşıdır. Sionist türkləri bundan artıq nə düşünə bilərlər? Sabah Ərdoğan yaşıl rəngdə qalstuk taxıb İrana da getsə deyəcəklər ki, əsas türk olmaqdır, fara olub evində oturub heç kimin ayağına getməməkdənsə türk olub kiminsə ayağına düşmək ondan yaxşıdır. Əsas odur ki, sən türksən.


1686 بازدید
در حال ارسال اطلاعات...