Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Aprel 2022

Ərdoğanın iftarı

Eeeeey katil Esed...

Ərdoğan mübarək Ramazan ayında çox mübarək bir iş görüb. O, nə qədər alçaq olsa da imam xətiblik oxuyub, heç olmasa Ramazan ayının nə olduğunu bilir. Bilir ki, mübarək aydır, dualar qəbul olur, günahlar bağışlanır. Bu səbəbdən də prezident, baş nazir olduğu illərdə hər nə qədər qələt edirsə ilin bir ayı olan mübarək Ramazan ayına ümid edir. Ümid edir ki, bu mübarək ayda bağışlanacaq.

Bu dəfə o bu mübarək ayda iftar süfrəsi açıb. Təbii ki, adicə məscid icmaları beş qapıya ehsan paylayanda az qalırlar ki, BBC-ə də məlumat versinlər, onlar da gəlib bu ehsanları çəksinlər, belə olan halda allahsız hesab etdiyimiz Ərdoğanın iftar süfrəsi niyə yayılmasın ki?

Yazının əvvəlinə "Eeeeyyyy katil Esed" yazsaq da elə bilməyin ki, iftar süfrəsinə Bəşər Əsədi dəvət edib. Belə bir hal olmayıb. Bəs niyə Bəşər adını bura yazdıq? Ona görə ki, Ərdoğan hesab edir ki, Bəşər Əsəd qatildir, özü də çıxışlarında bunu aşkar bir formada bəyan edir. Amma onun aləmində Bülent Ərsoy qatil deyil. Əsəd kimi bir insan minlərlə insanı qırır və qatildir - Ərdoğan belə düşünür. Amma Bülənt Ersoy kimi əxlaqsızlar çıxıb xalqın əxlaqını pozursa burda nə problem var ki? Bunu da Ərdoğan belə düşünür. Çünki bu cür düşünməsəydi onu nəinki mübarək ayda iftar süfrələrinə dəvət etməzdi üstəlik əmri ilə bütün səhnənin, efirin qapıları Büləntin üzünə bağlı olardı.

Türkiyədə Ərdoğan və onun törtöküntüləri hakimiyyəti ələ alanda düşündülər ki, bunlar gəlib ikinci İslam dövləti olacaqlar. Çünki Ərdoğanın cavanlıq videoları mövcuddur, çıxış edərək deyir ki, ya müslüman olacaksın ya da laik. Bu ikisi bir qəlbə sığa bilməz. Amma özünü müsəlman sayan Ərdoğan Büləntlə bir iftar salonuna, hətta bir masa arxasına belə sığır. Bu, necə olur?

Digər tərəfdən isə özünün polislərinə əmr verib ki, Türkiyədə ilahiyyatçı missiyasını yerinə yetirən Alparslan Kuytul hoca və onun tərəfdarlarını aksiyalarda qanlarına qəltan etsinlər. Çünki bu hoca rahat durmur, Ərdoğanın xain olduğunu ölkənin dörd bir tərəfinə car çəkir.

Alparslan Kuytul hoca açıq-aşkar deyir ki, əgər bizim yerimizə dinsizlər aksiya etsəydilər Ərdoğan onlara hücum edən polisləri cəzalandırardı. Doğrudan da bu cürdür. Heç uzağa getməyək, Ərdoğanın başçılıq etdiyi dövlətdə, kanalların birində sionist tulası Adnan Oktar küçüyü arvadları stol üstünə çıxardıb göbək atdırırdı. Ərdoğan isə öz hakimiyyəti üçün təhlükə hiss etməyənə qədər ona dəymirdi.

Əlbəttə, o zamanlar Ərdoğan həm də sionist İsrail rejimindən qorxub çəkindiyi üçün Adnan Oktar kimi sionist küçüklərinə nəsə edə bilmirdi. İndilərdə isə Ərdoğan artıq sionist İsraildən qorxmur və rahatlıqla sionistlərin istifadə vaxtı bitmiş Adnan Oktar kimi küçüklərini həbs edə bilir. Çünki o artıq sionist rejimin Adnan Oktarının bir başqa versiyasıdır. Adnanı atıb Ərdoğanı tutublar. O da Əsəd kimi insanları atıb Bülənt kimi əxlaqsız məxluqları tutur. İftara dəvət edir. Həm də gedib onun masasında oturur.


679 بازدید
در حال ارسال اطلاعات...