Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2022

Azərbaycan "islam" və "əzadarlıq" modeli

Məlum olduğu kimi Azərbaycanda dünənə qədər Azərbaycan "islam" modeli yaratmağa çalışırdılar. Bu "islam" modelinin qısa və faydalı tərifi bundan ibarətdir ki, İslamın əleyhinə nələrsə varsa burda İslam dini kimi qələmə verilsin. Əli Həsənov, Mübariz Qurbanlı da bu işdə müstəsna rol oynadılar. Bu "islam"ın başlıca prinsipi zalıma bəytərifi idi. Allaha şükürlər olsun ki, ayıq-sayıq möminlərin səyi nəticəsində bu fitnənin üstü açıldı. Əlbəttə o da məlum olsun ki, zatən zalım Əli Həsənov, Mübariz Qurbanlı dilinə İslam adı gətirirsə mütləq öz islamlarından, yəni küfrdən danışdıqları aşkardır.

Azərbaycan İslam modelinin yanında bir də Azərbaycan əzadarlıq modeli yaratdılar. Özlərini ağıllı hesab edən bu axmaqlar belə xəyal etdilər ki, madam ki, əzadarlıqları qadağan edirik dindarların xoşuna gəlmir, ondansa elə yeni əzadarlıq modeli təşkil edək. Beləliklə də az-çox dindarlar arasında nüfuz sahibi olan Taleh kimiləri ələ alıb dəstəkləməyə başladılar. Nüfuzu sabit qalsın deyə də bəzi saray xidmətçisi olan ilahiyyatçıları onu dəstəkləməyə çağırdılar. Bu ilahiyyatçılar nəinki bu cür rəzil manıslara etiraz etmir, əksinə onların ağzına gələni danışmaları tənqid olunan kimi çıxıb moizələrində ona bəraət qazandırmağa çalışdılar.
Artıq bu cür manıslar qısa yupkalı qızların skripka sədaları altında İmam Hüseyndən (ə) oxuyur, türkiyəli mövləvilər fırlanan məclisdə ürəkbulandırıcı bir formada mahnı oxuyur, cazla, replə duet oxuyur.

Dindarlar və bəzi ruhanilər bu şəxsləri tənqid edib iç üzlərinin ifşa edirlər. İnək kimi böyürməyi, ağzına gələni oxumağı, stolbəstol düşüb o hacının, bu kərbəlayinin yanına gedib ciblərini doldurmağı, özünü kameraya çəkib ağlamağı İmam Hüseynə (ə) xidmət hesab edən, İmam Hüseyn (ə) qapısında tıxıb enlənən bu şəxs əslində dinə bir ləkə və zərbədən başqa bir şey deyil. Bu şəxsi tənqid etməyə, məcıislərdən qovmağa, onun böyürdüyü məclisləri baykot etməyə davam etmək lazımdır. Bu olmasa, bu cür ünsürlər İmam Hüseyn (ə) düşməni elan edilməsə şiəliyə çox zərbə dəyəcək.


807 بازدید
در حال ارسال اطلاعات...