Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Mart 2022

Sonra da deyirlər ki, Azərbaycan xalqı yatıb

Ukrayna hadisələrinə etiraz edənlər barədə...

Camaatın dilinə söz düşüb e vallah... Oturub-durub, ya da durub oturub deyirlər ki, Azərbaycan xalqı fil qulağında yatıb. Özü də bunu Şevçenko, Duqin, Jrinovski zad demir e, elə özümüzünkülər deyir. Amma Azərbaycan xalqı bir daha sübut etdi ki, xeyr, o yatmayıb, oyaqdır.

Bildiyiniz kimi Rusiya ilə NATO, ABŞ arasında müharibə başlayandan və Ukrayna buna qurban veriləndən sonra Azərbaycanda xalq, ya da bir dəstə insan etirazlar etməyə başladı. Əməlli başlı Ukrayna bayraqlarını özlərinə bürüyərək Qarabağ bizimdir, Ukrayna bizimdir kimi şüarlar səsləndirdilər, Rusiyaya rədd ol dedilər. Sonra da deyirlər ki, Azərbaycan xalqı fil qulağında yatıb. Heç də belə deyil. Əslində Azərbaycan xalqını fil qulağında yatmış hesab edənlər yüz faiz ermənilərin cəsuslarıdır. Çünki onların Azərbaycan xalqını görən gözləri yoxdur. Azərbaycan xalqı yatmış olsaydı Ukrayna üçün etirazlar edərdilər? Sadəcə bizim xalq o qədər hümanist bir xalqdır ki, öz haqqından keçər, öz balalarının acından qırılmasını istəyər, etiraz edib meydanlara tökülməz, amma Ukrayna xalqı üçün özünü fəda edər.

Düzdür vicdanı olan heç kəs nəinki öz balasının, heç xaxolun, manqolun balasının da burnunun qanamsını istəməz. Müharibə çox pis şeydir. Amma Azərbaycanda etiraz edən insanlar təkcə bizim kimi dillə deyib kifayətlənmir, çıxıb etiraz da edirlər. İndi kimsə sabah çıxıb deyəcək ki, bəs niyə Azərbaycan xalqı Yəməndə Ali Səud quldurları körpələri öldürəndə etiraz etmirdilər? Məgər, orda ölənlər uşaq deyildilər? Məgər o işğal deyil?Hə, burda görünür ki, İran cəsusları meydana girib. Bu sualı verən olsa olsa İran agenti olar. Amma Azərbaycan xalqının belə təxribatçı suallara da cavabı heç zaman gecikməyib. Cavab budur ki, Azərbaycan xalqı əslində o qədər istiqanlıdır ki, dediyimiz kimi öz balası acından ölər, tükü tərpənməz, etiraz etməz. Bu minvalla başqa müsəlman körpələrinin ölməsi də onun tükünü tərpətməz. Amma Ukrayna artıq qırmızı xətdir.

Utanmırlar, çıxıb deyirlər ki, Azərbaycan xalqı yatıb. Görmürsüz ki, onlar Rusiyaya necə meydan oxuyur. Heç Rusiyanın qəzəblənib Azərbaycana hücum etməsi təhkükəsi belə onları qorxuda bilmir. Həmçinin, onlar heç də elə zənn etmir ki, Qarabağı rusun dabrosu ilə almışıq. Belə zənn etmədikləri üçün də rusun qəzəblənib yenidən ermənilərə Qarabağı işğal etmək üçün kömək etməsi heç onların ağlına belə gəlmir. Nəticə budur ki, gedin o yanda oynayın.


1443 بازدید
در حال ارسال اطلاعات...