Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2022

Siz pislədiyiniz erməni qədər olmayandan sonra...

Azərbaycanda bir nömrəli GÖZƏGİRƏNlərindən hesab edilən Yeni Müsavat qəzetində bir yazı gedib. Yazının müəllifi də elə ölkədə samballı GÖZƏGİRƏNlərdən hesab edilən bir şəxsdir. Yazısında erməniləri pisləyən və bir barmağı kəsilmədən belə dönüb haqdan qaçan Zahid Səfəroğlu adlı bir şəxsə güya Ermənistanda keşişin prezident olmaq istəməsi xoş gəlməyib. Bu cür insanları qınamaq da olmaz. Çünki onları sındıran, it yerinə qoymayan, əlinə qələm almağı belə hakimiyyətin icazəsi ilə edən bu cür insanlara hakimiyyət belə tərbiyə verib. Ermənistanda nəinki bir keşişin, hətta adi bir insanın da prezident olması qəribə gəlir. Çünki bunları başlarına döyə döyə öyrədiblər ki, Azərbaycanda bir ailə prezident, şah olmağa, xalq isə nökərçilik eləməyə məhkumdur. Bu bədbəxtlər də artıq özlərinə bunu qəbul etdiriblər. Hansı ölkədə də bir din xadimi, yaxud şou biznes adamı prezident olursa bunlara qəribə gəlir, başlayırlar lağ eləməyə, ələ salıb məzələnməyə. Siz təsəvvür edə bilərsiz ki, Azərbaycanda Kamran Həsənli prezident olsun? Ondan beş betər təlxəklər Ukraynada prezident olur. Siz təsəvvür edə bilərsiz ki, Azərbaycanda Mövsüm Səmədov prezident olsun? Amma Türkiyədə Ərbakan hoca baş nazir olur, Ərdoğan prezident olur. Azərbaycanda Kamran Həsənli hətta efirə çıxanda da hakimiyyətlə müxalif olmadığı üçün çıxır. Din xadimi rejimə müxalif olmadığı üçün minbərdə otura bilir. Müxalif olanlar efir, səhnə üzünə həsrət qalır, moizələrini məhbusxanada edirlər.

Unutmadan Zahid kimi insanların sonradan bizi ermənipərəst hesab etməmələri üçün bir həqiqəti qeyd edək. Zatən iranpərəst hesab edilirik.

Bizim üçün erməni, rus, fars, türk ayrılıqları yoxdur. Bizim üçün yaxşı pis anlayışı mövcuddur. Bunu bizə dinimiz öyrədir. Məsələn, əgər Ermənistanda bir erməni xalqa zülm edən hakimiyyətin əleyhinə danışırsa, Azərbaycanda da Zahid Səfəroğlu kimi insanlar hakimiyyətin 30 illik bütün zirzibillərini ancaq addan ibarət olan müxalifətin üstünə yıxırsa, Azərbaycanın iflic olmasına, bədbəxt günə qalmasına görə müxalifəti günahkar hesab edirsə deməli həmin erməni Zahiddən yaxşıdır.

Biz heç ermənilərin tərəfini belə saxlamırıq. Amma bütün dünyada istənilən şəxsin yanında Azərbaycan ilə Ermənistanı müqayisə etsəniz deyəcək ki, Ermənistan daha demokratik dövlətdir. Elə Zahid Səfəroğlu da bunu etiraf edir. Çünki lağ etmiş kimi deyir ki, Ermənistanda keşiş prezident olmaq istəyir.

Zahid Səfəroğlu kimi insanların erməniləri pisləməsi də səmimi olmadığı üçün adamın boş boş danışan bir insan olduğunu hesab edirik. Əbəs yerə nəfəs və mürəkkəb tükədir. Çünki bu cür adamlara demək lazımdır ki, sənin nəyinə lazımdır Ermənistanda kim nə olmaq istəyir? Sən niyə ölkəndə haqsızlıqdan danışmırsan? Bu da azmış kimi ermənilərə söz atırsan? Hansı gününə görə ermənilərə söz atırsan? Sən məgər hakimiyyətin Ermənistanda baş verən hadisələr haqqında cızma qara etmək üzrə səlahiyyətli nümayəndəsi zadsan? Özləri Azərbaycanda bir zalıma etiraz edə bilmirlər, dilləri girib qarınlarına, hakimiyyətin GÖZÜNƏ GİRMƏKdən ötrü ermənilərə ilişirlər. Əslində, bunlar üçün erməni zad da bəhanədir. Sabah Azərbaycan hakimiyyəti Ermənistan hakimiyyəti ilə dostluq eləsə Zahid kimi məxluqlara Ermənistanın tərifinə dair yazılar yazdıracaqlar. Ona görə də bu cür adamlar səmimi deyillər və xalqı hər fürsətdə yatızdırmağa çalışırlar. Biz də bunların xalqı yuxuya vermələrinə imkan verməyəcək, onların rəzilliklərini ifşa edəcəyik.


981 بازدید
در حال ارسال اطلاعات...