(Mirzə Cəlillik iddiası edənlər, hansı cəhənnəmdə ölmüsüz?)
Deyirlər ki, ölkədə bundan sonra məscidlərə axudları, mollaları QMİ yox, pivəxanada pivə bakalı ilə fotoları sosial şəbəkələri bəzəyən Mübariz Qurbanlının obyekti təyin edəcək. Bəli, sizin "Mübariz kimdir ki, molla təyin etsin", "onları kimdir vecə alan?", "biz heç onları adam yerinə qoymuruq, o ki qaldı molla adı verdikləri saray xidmətçilərinə etibar edək" kimi fikirləriniz var. Amma məsələnin bir az da ciddiliyi nəzərə alınmalıdır.
Bu gün, sabah həqiqi imanlı, savadlı hesab etdiyimiz ruhanilərin fəaliyyətini tamam-kamal qadağan edəcəklər. Məcbur olub məscidlərdə elə Mübariz Qurbanlının özünə iqtida edəcəyik.
Bütün günü Mirzə Cəlilin mollalarla, mərsiyə deyənlərlə müharibə etməsini, güya xurafatla mübarizə aparmasını aləmə car çəkən mirzəcəlilçilər hansı cəhənnəmdə ölüblər. Bir müddət qabaq film çəkib İslamı təhqir edən, sonra qaçıb hansısa ilahiyyatçının arxasında gizlənən alçaq insanlar hansı cəhənnəmdədir. Çıxıb niyə xurafatla mübarizə aparmırsız. Mircə Cəlil sağ olsaydı Mübariz Qurbanlı kimi saxtakar insanları, onların lazımsız obyektlərini tənqid etməyəcəkdi? Etməyəcəkdisə deməli işi gücü qərəzli şəkildə din əleyhinə müharibə etməkdən ibarət idi. Yox edəcəkdisə sizin niyə indi diliniz qarnınıza girib? Ay alçaqlar, həqiqi bir ruhaniyə şər atanda eşşək kimi anqırıb özünüzü yuyulmamış çömçə kimi ortalığa atırsız. İndi niyə çıxıb demirsiz ki, axı Mübariz kimi dinsiz, imansız, hakimiyyətin yalaqlığını edən, dinlə heç bir əlaqəsi olmayan bir adam niyə məscidlərə molla təyin etməlidir? Ona görə demirsiz ki, hakimiyyətin dubinkasından it kimi qorxursuz. İşiniz gücünüz ancaq arxasız ruhanilərə böhtan atıb həbs edəndə onları İran agenti hesab etməkdən ibarətdir. Çünki sizdə zərrə qədər vicdan, din qeyrəti deyilən bir şey yoxdur. Zavallı, tapdaqlar altında qalmış, sındırılmış, tüpürülmüş məxluqlarsız.