Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2022

Rəisinin və Ərdoğanın namazı

İran İslam Respublikasının prezidenti İbrahim Rəisinin Rusiyaya səfəri və Rusiya prezidenti Vladimir Putin ilə görüşü baş tutdu. O gün demək olar ki, dindarların nəzərində cənab İbrahim Rəisinin namazı qaldı. Heç bəlkə siyasətlə maraqlanmayan dindarlar görüşdə nələr oldu, nədən danışdılar, nə müqavilələr bağlandı, ümumiyyətlə Rəisi ora niyə getmişdi kimi məsələləri araşdırmadı da. Bir çox dindarların bu kimi hadisələr nəyinə lazımdır? Amma sosial şəbəkələrdə cənab Rəisinin namazının fotosu yayıldı. O bu namazı harda qılmışdı? Kremldə. O Kreml ki, orada vaxt var idi İranın əleyhinə İraqa yardım edən, dinin qənimi olan kafir, dinsiz başçılar otururdular. Cənab Rəisi sanki onlara səslənərək dedi ki, hardasız indi? Siz çürüyüb getmisiz, Səddam da sizə qoşulub, amma İran da var namaz da.

Bu şəkil o qədər çox yayıldı ki, hətta deyilənə görə İsrail türkləri də bu namaz haqqında danışdılar. Üstəlik bəlkə arzu etdilər ki, bir vaxt Ərdoğan da orda namaz qılar. Ərdoğanın da fotosu yeri gəlmişkən həmin fotoya montaj edilmişdi. Yazmışdılar bu, birisi Putini gözləyir, digəri Putini gözlədir. Çünki Ərdoğan öz komandası ilə Kremlə gəlib ayaqüstə gözləmişdilər.

Ərdoğan da namaz qılan adamdır. Deyirlər ki, hətta cümə günləri gedib məsciddə namaz da qılır. Amma Ərdoğanın namazı Rəisinin namazından fərqlidir. Çünki Quranın da buyurduğu kimi namaz insanı pozucu və çirkin işlərdən çəkindirməlidir. Ərdoğanın illərdir qıldığı namaz onu çirkaba batmaqdan xilas edə bilməyib. Adam bir yandan namaz qılır, digər yandan İŞİD - ə silah satır, sionist rejimlə dost olur, ölkəsində də fəsad nəyi var tüğyan edir. Hər cür pozğunluq, əxlaqsızlıq, fahişəxanalar, gecə klubları, açıq saçıqlıq hər həftə cümə namazı qılan Ərdoğanın ölkəsində məşhur bir işdir. Deməli bu adamın qıldığı namaz namaz deyil. Üstəlik o bu namazı Allahın əbədi lənətinə tuş gəlmiş Yezidin sarayında qılmaq istəyirdi. Arzusu var idi ki, əvvəllər qardaşım dediyi sonralar qatil adlandırdığı Əsədi devirib Yezidin hakimiyyətini Suriyada yenidən bərpa etsin. Amma arzusu ürəyində qaldı.

İbrahim Rəisiyə gəlincə, onun heç də ürəyi getmirdi ki, Kremldə namaz qılsın. Əksinə, Kreml İbrahim Rəisinin namaz ilə nura qərq oldu. Sadəcə görüş əsnasında namazlarını vaxtında qılan cənab Rəisi həmin anda da namaz vaxtı olduğu üçün Kremldə cənamazını sərib namazını qılıb. Hansı ki onun ağası olan İmam Xomeyni (r) də İrana qayıdarkən namaz vaxtı olub və namazını elə təyyarədə qılıb. Budur İbrahim Rəisi ilə Ərdoğanın namazları arasındakı fərq. Birinin namazı onu Allaha hər dəfə yaxınlaşdırır, digərinin namazı isə onu hər gün fəsada çəkir.


1114 بازدید
در حال ارسال اطلاعات...