Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2022

Biz bilmirik necə etiraz edək?

Azərbaycanda unun qiymətinin qalxması ilə Qazaxıstanda qazın qiymətinin qalxması təqribən eyni dövrə təsadüf elədi. Qazaxıstanda yanvarın ikisindən etibarən etirazlar başladı. Amma getdikcə etiraz dalğaları böyüdü. İndi güc qüvvələrinin bəziləri də xalqın tərəfinə keçib. Bəzi rəsmilər ölkədən qaçıb. Bəzi rəsmi dairələr ələ keçirilib, Nazarbayevin heykəlləri aşırılıb. Hamı başını itirib.

Azərbaycanda isə hələki səssizlikdir. Bu iki bahalaşmanın bir dövrə təsadüf etməsi Azərbaycan üçün əslində bir nemətdir. Çünki Qazaxıstan xalqından ibrət almaq lazımdır. Əgər, burdan bura Qazaxıstandan da ibrət almasaq onda hər nə bəla bizə üzə versə deməli biz bu bəlanı haqq etmişik.

Deyirəm bəlkə də Londonda xalqın puluyla haram malikanələr alan ailə Hindistanda da mahir cadugərləri 700 milyon məbləğində satın alıb xalqı cadu ediblər. Tam ciddi deyirəm. Düzdür, xalqın başını qatmaq üçün Azərbaycan səviyyəsində, saxtakar, şou cadu adamlarını efirə zada çıxarırlar, özləri isə Allah bilir Hindistandakı məşhur murtazlarla, illərdir bir ayaq üstə qalan, göydə bardaş qurub oturan, bekar cinləri ram edən cadugərlərlə iş görüb xalqı cadu ediblər. Qəribə gəlməsin. O vaxt firon lənətə gəlmiş də bu cür edirdi. Məşhur cadugərləri yığıb gətirmişdi, onlar Həzrət Musanın (ə) qabağında at oynatmaq istədilər. Amma alınmadı. Bizim fironlar da öz hakimiyyətlərini qorumaqdan ötrü hər cür iş görərlər. Gedib o zamanın cadugərlərini qəbirdən çıxarıb milyonlar verib xalqı cadu da etdirərlər.

Yaxşı biz indi bilmirik necə etiraz edək. Bəlkə öz diktatorlarımıza gedib Qazaxıstanda etiraz edək? Bəlkə bizim torpaqlar yaxşı deyil. Bəlkə də o qədər "bizim torpaq hər cür xiyar, balqabaq yetişdirir" deyə deyə torpağın da zayını çıxartdılar? Bəlkə Qazaxıstana getməyək, elə öz ölkəmizdə Nazarbayevin əleyhinə danışaq? Bəlkə hökümətə müraciət edək ki, qazın qiymətini qaldırsın, onda xalqın oyanmasına səbəb olar? Tam ciddi düşünürəm. Baş işlədən ziyalılar səpələniblər dünyanın dörd bir yanına. Ölkədən başlarını da götürüb gediblər. Ölkə qalıb bir para səfeh deputatla, oğru hakimiyyətin ümidinə. Ona görə biz də öz aləmimizdə çıxış yolu axtarırıq.

Ola bilər Qazaxıstan torpaqları mücahid yetişdirir. Ola bilər qazda xüsusi bir maddə var ki, unda olmadığı üçün qazının qiyməti qalxan xalq etiraz edir, amma unu bahalaşanın heç nə vecinə deyil. Doğrusunu Allah bilir. Amma ümid edirik ki, bir gün bizə də növbə çatacaq.

Biz mümkün qədər bildiyimiz variantları sual şəkilində sizə təqdim etdik. Sizin də fikirləriniz varsa bildirin. Nə qədər fürsətdir, nə qədər ki, Qazaxıstan xalqı etiraz edir, biz də özümüzə bir gün ağlayaq.


206 بازدید
در حال ارسال اطلاعات...