Yanvarın 2-də əziz qəhrəman generalımız Polad Həşimovun doğum günü idi. Qəhrəmanımızın qəhrəman anasının çıxışı yəqin ki, sizin də yadınıza digər qəhrəman şəhidimiz olan gizir Mübariz İbrahimovun atasının mövqeyini saldı. O zamanlar gizirimiz erməni tərəfə keçəndə zəng vurub qəhrəman yetişdirən atanı hədələmişdilər. Deyilənlərə görə atası demişdi ki, qaçıb bizim yanımıza gəlməyib, ola bilsin erməni tərəfə keçib. Sonra məlum oldu ki, şəhid Mübarizimiz düşmən tərəfə keçib, tək başına nə qədər etməni hərbiçisini qanına qəltan edib. O da deyilirdi ki, şəhid gizirimizə cinayət işi açmaq istəyirdilər. Amma sonradan gördülər ki, xalq arasında şəhidimiz böyük hörmət və izzət sahibi olub. Dedilər ki, əgər bu şəxs qəhrəman olacaqsa elə özümüzü qabağa verək. Bir sözlə Mübarizin dövlət tərəfindən də qəhrəman və şəhid elan edilməsi dindarların, Hacı Abgülün sayəsində baş verdi. Allah qapısını açsın. O, və ətrafında olan dindarlar olmasaydı bu gün əziz gizirimiz xain kimi qələmə veriləcəkdi.
Daha sonra atasına hakimiyyət tərəfindən də təzyiqlərin olduğu qeyd edildi.
Şəhid generalın aqibəti də bu cür olub. Ağbirçək anası MN - dən və bizzat nazir Zakir Həsənovdan şikayətçidir. O, oğlu Polad Həşimovun ölümündə nazir Zakir Həsənovu günahkar bildi.
Adi bir şeydir. Kimsə deməsin ki, yaşlı qadındır, oğlunun ölümü ona təsir etdiyi üçün belə edib. Bəli, oğlunun ölümü ona təsir edib. Amma bu ana tək deyil. Nəinki şəhid ailələri elə əlillərin özləri də şikayətçidir. İstənilən hərbi hissəyə getsəniz görərsiniz ki, əsgərlər yaman gündə yaşayır, əsgərlərlə əsgər müamiləsi edilmir. Əsgər gedənlərin, əsgər gedib xidmət edənlərin böyük əksəriyyəti yetim yesir balalarıdır.
Alçaqlar xalqın malını oğurlayıb özlərinə bizneslər qurur, xaricdə neçə milyonluq mülklər alırlar. Oğlunu şəhid verən ananın görüşünə getməyi belə özlərinə sığışdırmırlar. Amma bir yandan insanı sevindirən o olur ki, ölkədə qəhrəmanların, qəhrəman, şəhid analarının hakimiyyəti sevmədiyi ortaya çıxır. Çünki bu elə alçaq hakimiyyətdir ki, balaları qırğına verir, görəndə ki, dindarlar həmin ölən insanların şəhid olduğunu aləmə car çəkir, tez özünü hadisə yerinə yetirir. İstəyirlər bütün şəhidlərin qəhrəmanlıqlarını öz ayaqlarına yazsınlar. Amma şəhid anaları bu hakimiyyətə nifrət edir. Şəhid ailələri istəmir ki, bu cür alçaq bir hakimiyyət şəhidin qanı üzərində dayaqlarını möhkəmlətsin və özünü şəhid himayədarı kimi göstərsin.
Hakimiyyət, xüsusilə MN, bilxassə nazirin özü utanıb ölüb yerə girməlidir. Bir şəhidin anasını ölkədə razı sala bilmirsinizsə niyə hələ də qalmısız?