Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2021

Xanım Zeynəblərin (s.ə) yaşatdığı Qasim Süleymanilər

Qasim Süleymaninin şəhadətinin ildönümü günləridir. Həzrət Ayətullah Xamenei Qasim Süleymaninin evində olub. Bu görüşdən bir foto daha çox diqqət çəkib. Evin divarında bir tablo asılıb, tabloda "canım Hüseynin (ə) bacısına fəda" yazılıb.

Yadıma bir şey düşdü. Suriyada müharibə təzə başlamışdı. Bir sıra tanışlarla sadəcə müsəlman ölkələrində baş verən xoşagəlməz hadisələrdən danışırdıq. Bir nəfər namaz oruc əhli olmayan orta yaşlarında bir kişinin yanında Suriyadan söz düşdü. Düzdür bizim insanlarımızın bir o qədər də İranla, İranın dəstəklədiyi ölkələrlə, müqavimət hərəkatları ilə araları yoxdur. Amma həmin şəxsin bir cümlədən ötrü gözlərinin dolduğunun, qəmləndiyinin şahidi oldum. Heç zaman da onun bu halı gözümün önündən getmir. Adi halda desən ki, İran filan işi görür bəzilərinin xoşu gəlməz, İranı hətta pisləyər də. Bəs o cümlə nə idi ki, o boyda kişini kövrəltdi? O vaxt deyirdilər ki, Xanım Zeynəbin (s.ə) hərəminin girişinə bu cümləni yazmışdılar: "Xanım Zeynəb (s.ə) bir dəfə əsir düşüb, ikinci dəfə əsir düşməsinə icazə vermərik".

Həmin şəxs bu cümləni eşidəndə gözləri doldu. O səhnə isə heç zaman unudulmur. Əbədiyaşar bir səhnə olub bizim üçün. Həmin səhnəni yaşadan onun qəlbində olan Xanım Zeynəb (s.ə) məhəbbətidir. Bu əqidə, şəhadət, haqq uğrunda candan keçmək amili yaşadıqca həmin səhnə də yaşayacaq.
Həmin yazıya oxşar yazı da qəlblərin Sərdarı olan Qasim Süleymaninin evindəki divara vurulan tabloda yazılıb.

Çox maraqlıdır. Qasim Süleymani şəhid ediləndə sosial şəbəkələr onun fotoları ilə bəzənmişdi. Sosial şəbəkə istifadəçiləri qəlblərin Sərdarının fotosunu statuslara qoymuşdular. Bu da əbəs deyildi. Çünki qəlblərin generalı həmin şəxslərin qəlblərində yaşayır. Hətta bəzi ictimai xadimlər, siyasətçilər tapıldı ki, buna etiraz etdilər. Amma həmin insanların özləri bir Yutub kanalı açsalar, Feysbukda bir səhifə açsalar şərh bölməsində bəlkə də söyüşdən başqa heç nə eşitməzlər. Qəlblərin Sərdarının isə necə dəfn edildiyini bütün dünya gördü.

Nədir cənab hacını, qəlblərin generalını əbədiyaşar edən? Təbii ki, İmam Hüseynə (ə), Xanım Zeynəbə (s.ə) olan eşq, Kərbəladan aldığı dərs. Bir ömrünü öz dininə, müqəddəslərinə, müsəlman xalqa, vətənə, öz rəhbərinə həsr edən, yorulmadan, zəmanədən, çətinlikdən şikayət etmədən yaşayan bir Kərbəla aşiqi bu cür də mükafatlanmalı idi. Haqq baqi qaldıqca Kərbəla yaşayacaq, Kərbəla yaşadıqca Qasimlər yaşayacaq.


269 بازدید
در حال ارسال اطلاعات...