Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Dekabr 2021

Bəzi qəlblər Qüdrət Həsənquliyevi söyməklə aramlıq tapır

Allah müqəddəs kitabında buyurur ki, bilin və agah olun ki, qəlblər Allahı zikr etməklə rahatlıq və aramlıq tapar. Bizim Allahın kəlamlarının doğruluğuna heç bir şəkk şübhəmiz yoxdur. Təcrübə də etmişik, görmüşük ki, doğrudan da qəlblərimiz Allahı zikr etməklə aramlıq tapır. Amma, bəzi insanların qəlbləri sosial şəbəkələrdə bəzi insanları söyməklə aramlıq tapır. Qəribəsi də budur ki, bu insanlar, yəni söyənlər də dindarlardır. Çünki söydükləri insanlar onların dininə, müqəddəsatına dil uzadır. Onları söyən insanların da qəlbi Allahı zikr etmək, Quran oxumaqla aramlıq tapır. Amma yazıq millət neyləsin? Əməlli başlı psixi sarsıntı içindəyik. Beyin deyilən bir şey qalmayıb camaatda. Millət artıq necə deyərlər başını itirib.

Kasıbçılıq, zalımların ölkədə at oynatması, rüşvət, işsizlik, bahalıq və s. işlər xalqı bezdirib.

Onu da deyək ki, Qurandan uzaq düşməyimiz də şəksizdir. Quranı az oxuyuruq. Oxuyanda əməl etmirik. Ayələri haqqında düşünmürük. Təfsir zad mütaliə etmirik. Günümüzün çox hissəsi sosial şəbəkələrdə onu layk etmək, bunu paylaşmaqla keçir.

Elə Qüdrət Həsənquliyevi də məhz sosial şəbəkələrdə söyürlər. Çünki bu rəzil insan özünü doğrudan da söydürür. Məsələn, sirkdə oturan bu məxluq deyir ki, işğaldan azad edilən torpaqlarda xarici turistlərin cəlb edilməsi üçün gərək orda kazino açaq. Ay alçaq, müharibə vaxtı balaların, qohumların harda idi? Gedib arxa cəbhədə də bir yaraya dərman olmusuz? Qaçıb siçan deşiyində gizlənən sizlər deyildiz? Siz sirkdə oturmusuz ki, gic gic təkliflər verəsiz. Xarici turist cəlb etmək istəyirsənsə evini kazino elə, qoy gəlib orda qumar oynayıb kef eləsinlər. Daha şəhidlərin qanı bahasına alınan torpaqlarda əxlaqsızlığı yaymaq nəyə lazımdır? Siz nə zamana qədər eşşək kimi gəlib eşşək kimi gedəcəksiz? Adam olmağın vaxtı çatmayıb məgər? Yaşınızdan başınızdan utanın! Şəhid analarının göz yaşından xəcalət çəkib ölüb yerə girmək haqqında düşünün.

Bəzi ölkələrdə Qüdrət Həsənquliyev kimi alçaq məxluqları camaat küçədə görəndə zibil qutularına tullayır. Düzdür, zibillər bu cür məxluqların üfunətli iyindən iylənər, amma bu cür adamları bir el ağsaqqalı deyim, mollamı deyim tutub nəsihət etməlidir axı. Nə deyim vallah, biabırçılıqdır.


303 بازدید
در حال ارسال اطلاعات...