Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Dekabr 2021

Erməniləri əvvəlcə türkləşdirin sonra dostluq edin

Kamran Həsənli deyir ki, dostum İstanbula uçmaq istəyirdi, maraqlandıq gördük ki, vay dədə bilet 350 manatdır. Burdan bura, can qardaş olan Türkiyə. Bir millət iki dövlət, tütkün türkdən başqa dostu yoxdur filan sözləri bütün günü qulaqlarımızı mazol edir. Amma, biz burdan qardaş ölkəyə getmək üçün 350 manatdan keçməliyik. Eyni zamanda maraqlandıq ki, görək ermənilər İstambula getmək istəsələr nə qədər xərcləməlidirlər? (Camaatın işi gücü yoxdur vallah, rahat durmayıb qurdalayıb qaşınmayan yerdən qan çıxarırlar) Deyir ki, şok olduq. Çünki onlar, ermənilər üçün İstambula getmək cəmisi 80 manata başa gəlir. Yəni, bizim Türkiyəyə getməyimiz ermənilərin İrəvandan ora getməsindən 4 dəfədən çox baha başa gəlir. Çox qəribədir. Sanki bir millət iki dövlət türklərlə ermənilərdir. Sanki türkün ermənidən başqa dostu yoxdur.

Əslində, Kamran Həsənli çox ağardır. Əbəs yerə hay küy salır. Ona görə ki, türkün türkdən başqa dostu yoxdur söhbəti boş və mənasız söhbətdir. Bunun bariz nümunəsini biz ötən əsrin əvvəllərində görmüşük. Müsavat höküməti iki ilini tamamlamamış bolşeviklər məhz Atatürk Türkiyəsinin gözü önündə Azərbaycanı qamarladı. Düzdür, elə o vaxt da indi də Türkiyə Rusiyaya bir söz deyə bilmirdi və deyə bilmir. Türkün türkdən başqa dostu yoxdur kimi mənasız söhbətlər də rus və onun kimi qüdrətli dövlətlər icazə verəndə baş tutur. Bu isə siyasətdən başqa bir şey deyil. Kamran da uşaq zad deyil, gözəl bilir ki, dünyada bir dənə dost varsa o da siyasət dostudur vəssalam. Gerisi türklər demişkən masaldır (nağıl.)

Amma Kamran Həsənli kimi insanları da nəzərə almaq lazımdır. Türkiyə Ermənistanla əlaqələr qurursa qursun amma yazıq Kamran kimi insanları nəzərə almalıdır. Kamran o insanlardandır ki, bütün ömrü boyu türkçülükdən dəm vurub. İndi rəvadırmı ki, yazığı xəyal qırıqlığına uğratsınlar? Adam bəlkə də o xəbəri eşidən gündən bu günə qədər rahat yata bilmir.

Bəs Türkiyə və türklər Kamran kimi insanları necə nəzərə almalıdır? Məsələn, belə etmək olar. Dünyada kağız üzərində demokratiya, əslində isə diktatura olan nə çox ölkələr mövcuddur. Onlar necə edirlər ki, bir diktator illərdir hakimiyyət kürsüsünə it milçəyi kimi yapışıb qalır? Əvvəlcə qanunda dəyişiklik edib deyirlər ki, bir nəfər 2 dəfədən yox e lap 20 dəfədən də artıq seçilə bilər. Buna görə də qanunda dəyişiklik edirlər. Sabah oyanıb konstitusiyanı yenidən oxuyub görürsən ki, bir nəfər 20 dəfədən də artıq seçilə bilir. Qanunu dəyişmədən bunu etmək olmurdu. Çünki qanun yol vermir axı. Sonra sabah sənə diktator deyəcəklər. Amma qanunda dəyişiklik etsən sabah səni kimsə qınaya bilməyəcək. Kim də etiraz etsə deyəcəksən ki, qardaş get konstitusiya kitabının yaxasından yapış. Məndən nə istəyirsən e? Türk erməni işi də bu cürdür. Kamran Həsənli kimi insanların narahat olmaması üçün əvvəlcə erməniləri türkləşdirirsən. İsrail mediası Azərbaycanda məlumat yayır ki, ermənilər sən demə gen olaraq türkmüş. Ondan sonra İrəvana lap pulsuz da getmək olar. Axmaq da ki dünyada nə qədər desən var. Vəssalam söhbət bağlandı.


279 بازدید
در حال ارسال اطلاعات...