(Türkiyə dağılır söhbəti)
Türkiyədə vəziyyət çox pis olub. Deyəsən Ərdoğanın vaxtı çatıb. Ərəb dünyasının başını Səddamın qəhrəmanlıq nağılları ilə qatan ABŞ türk dünyasının başını da görünür Ərdoğanla qatmağı planlamışdı. İndi isə deyəsən kinonun son fraqmentləri efirə gedir.
Hələ İranda inqilabın təzə vaxtları idi. ABŞ Səddama dedi ki, sən imkan vermə farslar, özü də şiə farslar İslamı siz ərəblərdən alsınlar. İran əleyhinə silahlan, sənə kömək edəcəyik. Tez bir zamanda İranı məhv edərik. Səddam da həvəsləndi, şeytani təkəbbürün pik nöqtəsinə qalxdıqca bir gün bu zirvədən tarappıltı ilə yıxılıb tirtap olacağı barədə düşünməmişdi. Zarafat deyil axı, bütün xalqların kinolarına maraqla baxdığı, superdövlət hesab etdiyi ABŞ səni ərəbin şahı etmək istəyir. Amma axırda şah ola bilməyən Səddam fələyin yox, elə ABŞ-ın işlərinə mat qaldı. Sonu da bəllidir. Öz ölkəsində hakimlər tərəfindən asıldı.
Ərəblərdə də milliyyətçilik güclüdür. Digərlərinə baxanda bəzi ərəblər özlərini üstün millət hesab edir. Türklər də bu cürdür.
Səddam ssenarisi iflasa uğrayandan sonra İranın alternativi olaraq türk "qəhrəman" tapmaq lazım idi. O da İran əleyhinə. Ərəb əcəm söhbətləri kimi türk fars dava qırğını da məlumdur. Ona görə də dindar maskası geyinmiş bir nəfər tapılmalı, dövlətin başına gətirilməli, onun əliylə müsəlman xalqların başına fəlakət gətirilməli idi. Ərdoğan dövriyyəyə girdi.
Bu günlərdə isə başı yaman dərddədir. Müxalifət onun istefasını tələb edir. Düzdür, fürsəti qənimət bilən CHP tərəfdarları, dinsiz imansız, layiq ateist, kamalist və nə qədər bu cür adamlar varsa tökülüb meydanda bir "İslamçını" qınamaq, nəticədə İslamı vurmaq üçün fürsət güdür. Amma bu sözü beş on il bundan əvvəl üçün demək olardı. Bu zamanımızda isə demək olmur. Ona görə ki, Ərdoğanın şər əməllərini görənlər anlayır ki, Ərdoğan bunu ABŞ "islamı" adına edir. Həqiqi İslam ilə onun etdiklərinin heç bir əlaqəsi yoxdur.
Artıq Türkiyə çalxalanır. Ərdoğanın da Səddam kimi vaxtı çatıb.
O tərəfdən Pakistanda da etirazlar var. Erməninin ahı tutub bunları nədir?
Bircə Azərbaycanda Qiyamət qopmur. Bəlkə də qiyamət elə Azərbaycanda baş verəcək.
Türkiyə xalqının bəxti bir mənada burda gətirib ki, ölkəsində iqtidara alternativ müxalifət var və camaat tərəfindən dəstəklənir. Bizdə isə xalqın böyük bir hissəsi müxalifət adına bir şey tanımır. Məhz buna görə bəlkə də qiyamət elə Azərbaycanda olacaq. İlahi qüvvələr xalqın bir iş görmədiyini anlayıb özləri hərəkətə keçəcəklər.
Düzdür bir neçə aksiya ardıcıl olaraq Bakıda keçirildi, ümid var ki, dalı da gələcək. Amma köklü dəyişiklik üçün bu ölkədə qiyamətə ehtiyac var. Allah bilir, bəlkə də yeni nəsillər gəlib Azərbaycan adlı gözəl diyarımızda nəsə edə biləcəklər.