Bir zahid can üstündə olanda şeytan nə qədər ona vəsvəsə edib yoldan çıxartmağa çalışırsa da zahid ona boyun əyib vəsvəsəsinə uymur. Axırda şeytan bezib zahidə deyir ki, onda denən la ilahə illəllah, zahid deyir ki, demirəm. Şeytan deyir bəs niyə demirsən? Allahın təkliyinə şəhadət vermirsən? Zahid deyir ki, xeyr. Çünki sən bunu məndən istəyirsən, mən də sənin dediyini təkrarlamaq istəmirəm. Zahiddən söz düşmüşkən Zahid Oruc nə birinci, nə də ikinci Qarabağ müharibəsi vaxtı canını vətən üçün heç vaxt təhlükəyə atmayıb. Ümumiyyətlə, Zahid Oruc kimdir?
Demirəm ki, düşüb şəhərdə insanlardan müsahibə alsanız... Heç Zahid Oruc üçün belə bir zəhmətə düşməyə dəyməz. Adam çıxıb efirdə, saytda zadda Allah təkdir, şəriki yoxdur, Muhəmməd Allahın qulu və rəsuludur desə də, Allah eşqiylə namazda ağlayan ariflər deyəcək ki, şeytanın öyrətdiyi şəhadət ziyandan başqa bir şey deyil. Bəli, Zahid Orucu xalq heç vaxt sevməyib. Hər vaxt yaltaq bir adam kimi nəzərlərdə qalıb. Bir ömür yaltaqlıqla yaşayıb, prezident seçkilərində çıxıb müxalifəti pisləyib. Bir andıra qalmış kresloya görə xalqı satıb. Nə vaxt deputatxanada oturubsa yaltaq olduğu üçün oturub. Onu xalq seçməyib, seçicisi ancaq GÖZÜNƏ GİRDİYİ hakimiyyət olub. Geniş müstəvidə xalqın işinə yarayan bir işi olubsa da mahiyyət etibarilə həmin iş xalqın illərdir ziyanına işləyib. O da bu olub ki, illərdir xalqın malını talayan məmurların zibillərindən danışmayan bu yaltaq məxluq, məmur vəzifəsindən vurulanda xoruzlanıb onun əleyhinə danışıb. Bunu eşidən xalq isə onun başına ancaq kül ələyib.
İndi isə bu yaltaq, alçaq insanın belə dediyini deyirlər: Ermənistanla sülh müqaviləsi imzalansaydı həqiqi düşmənlərimizi tanıyardıq." Ay alçaq, həqiqi düşmənlərimizi tanıyırıq da. Sənin kimi alçaqlar qala qala həqiqi düşmən axtarmaq nəyə lazımdır? Səndən yaxşı düşmən? Sənin kimi alçaqlar əgər 30 ildir torpaqlarımızı işğal edən, soydaşlarımızı qıran, bir milyon insanı yurd yuvasından didərgin salan erməniləri həqiqi düşmən bilmirsə elə əsil düşmənlər görünür sizin kimi alçaqlardır. Bəs onda niyə illərdir İranın əleyhinə danışıb onu Ermənistanın dostu adlandırırsız?
Düzdür, bütün dünya bilir ki, siz öz iradənizlə danışan alçaq deyilsiz. Nəinki sən, sənin GÖZÜNƏ GİRDİYİN hakimiyyət belə müstəqil siyasət yürüdə bilməyib. Öz ağalarınız sizə nəyi əmr edirsə onu deməyə müti olursuz. Sizin kimi murdar insanlar torpağın üstündə çərənləyəndə torpaq altında yatan şəhidlərin sümükləri sızlayır. Sizə nə qədər haqq etdiyiniz alçaldıcı söz deyilsə azdır. Xalq sizin kimi alçaqların üzünə tüpürsə azdır.