Türkiyədə türk liderlərinin nəyisə baş tutub. Türk xalqlarını tarla hesab edib başında "turp əkən" diktatorlar yığılıb mənasız işlərlə məşğul olublar. Türkiyə, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan liderlərinin toplantısında söhbət gedir.
İlahi, türk xalqları nə qədər məzlumdur. Bizim saxtakar, sionist tulası türklərlə işimiz yoxdur. Dünyada iki cür türk var. Həqiqi və məcazi türk. Həqiqi türk o türkdür ki, ifrat millətçilik standartlarına söykənmir, insan kimi bütün xalqlarla düzgün, insan, Allah bəndəsi kimi yaşamağa çalışır. Məcazi türklər isə sionist tulalarıdır. Onların yadına türkçülük ancaq İranın əleyhinə düşür. Onlar İranı dağıtmaq istəyən sionist tulalarıdır. Bu cür saxtakar türklər üçün diktator türk başçıları təyin olunub ki, onların başını əzsin. Onlar da ancaq İran əleyhinə türkləşirlər. Amma, biri çıxıb öz məzlum xalqını müdafiə etmir. Çünki əslində onların öldükləri qaldıqları sionist rejimi və onlardan aldıqları tula paylarıdır.
Bizim həqiqi türklərə yazığımız gəlir. Türkiyədə Ərdoğanın, Azərbaycanda İlham Əliyevin, Qazaxıstanda illərdir sultanlıq edən, üzündə bir qram nur olmayan Nursultanın zülmü altında inləyən və gün görmək istəyən türklərə Allah rəhm eləsin. Onlardan diktatorların türk birliyi barədə nəsə soruşsanız deyəcəklər ki, cəhənnəm olsun onlar da onların təşkilatları da. Bu diktatorlar öz xalqları üçün nə ediblər ki, türk dünyası üçün nə etsinlər? İclasda yığılıb İlham Əliyevə medal verirlər, öz siyasi mənfəətləri üçün çalışırlar. Bir təşkilatın ki, fəxri sədri diktatorların yekələrindən olan Nursultan olsun, o təşkilatdan türk xalqı üçün nə gözləmək olar? Bir təşkilatın ki, ən qabaqcıl ölkəsinin başçısı Ərdoğan oldu o təşkilat türk dünyasına nə fayda verə bilər? O Ərdoğan ki, Azərbaycan da başda olmaqla digər türk xalqları yaşayan ölkələrdə ancaq diktator başçılara qardaş deyir, xalqların isə bu diktatorların zülmü altında inləməsi onun vecinə deyil. Əksinə gedib Liviya, İraq, Suriyada türk mehmetciklərini qırğına verir ki, ABŞ-ın xoşuna gəlsin. Sən türk sevən insansansa bir dəfə İlham Əliyevə de ki, Azərbaycan xalqından əl çəksin.
Bu türk dövlətlərinin başçıları görün nə gündədir ki, konfransda rusca danışırlar. Bəzilərinin ölkəsində rəsmi dil rus dilidir. Dünənə qədər İlham Əliyev hakimiyyəti, Nursultan Nazarbayev kommunist sovet hakimiyyətinin nökərləri idilər. İndi durub türkçülükdən dəm vururlar. Azərbaycan Atatürk Türkiyəsi tərəfindən sovetlərə qurban verildi, bu diktatorlar da dünənə qədər Brejnevə, Qorbaçova ata, Leninə baba deyən məxluqlar idilər. İndi durub türkçülükdən dəm vururlar. Günü sabah Rusiya desə ki, no vsyo qurtarın şonu, hamı ruslar demişkən "zadniya atacaqlar." Ona görə də öz xalqına zülm edən, dünyada məzlum türkləri düşünməyən bu cür diktatorların yığılıb öz mənfəətləri naminə saxtakarlıq eləmələrinin türk dünyasına heç bir dəxli yoxdur. Onlar bir para mənfəətbaz insanlardan başqa bir şey deyillər. Əgər belə deyilsə bir nəfər içlərindən çıxıb İlham Əliyevə barmaq silkələsin. İnanaq ki, səmimidirlər.