Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Noyabr 2021

Ruhanilər gərək bu kimi işlərə getməsin (Şuşada qılınan şükür namazı barədə xatırlatma)

Şuşada namaz qılıblar. Uzun illərdir arzulanan əməllərdən biri kaş ki, Şuşada namaz qılardıq fikri idi. Hətta, məhlələrindəki məscidə 60 ildə bir dəfə getməyən insanlardan da eşidirdik deyirdilər ki, Şuşa, Ağdam alınsın, gedib orda namaz qılaq. Allaha sonsuz şükürlər olsun ki, alındı. Orada Allahu Əkbər sədaları səsləndi və namaz qılındı. Sonuncu (hələ ki) dəfə də namaz qılındı. Amma, bu namaz bilinmirdi ki, camaat namazı idi yoxsa vəhdət namazı. Bəlkə də şükür namazı idi. Bəli, şükür namazı kimi tanınındı. Amma, zənnimizcə bu namaza qaldılar ki, nə ad qoysunlar şükür namazı adlandırdılar. Bu namaza vəhdət namazı demək olmazdı, çünki pişnamazdan başqa heç kimin qabağında möhür görünmürdü. Möhürsüz namaz qılanlar çoxluq təşkil edirdi. Bunu bərabər sayda da edə bilərdilər. Buna camaat namazı da demək olmazdı. Çünki biri ayda, o biri çayda dayanıb namaz qılırdı. Camaat namazında namaz qılanlar arasında bu qədər məsafə düzgün deyil. Buna görə bəlkə də bu namazın adını şükür namazı qoyublar. Doğrusunu Allah bilir. Bu namaza həm də ona görə camaat namazı demək olmur ki, müstəhəb namaz camaatla qılınmır. Bircə istisqa (quraqlıq zamanı yağışın yağması üçün qılınan) namazından və əvvəl vacib olub müəyyən səbəbə görə sonradan müstəhəb olan namazdan (məsələn, Fitr və Qurban bayramı namazları əvvəl vacib idi sonradan İmam (ə.f) qeybə çəkildiyi üçün müstəhəb oldu) başqa. Amma, bizim şükür adlı camaatla qılınacaq bir namazımız yoxdur.

Əslində isə xalqa camaat namazı göstərmək kimi bir qəsd ortada var idisə bunu elə adi günlərdə qılınan gündəlik namazlardan birini qıldırmaqla da həyata keçirmək olardı. Bu cür olardı camaat namazı. Zatən namazı elə Allaha şükür etmək üçün qılırlar. Yanında da bir qədər şükür etmək, şükrün dindəki yeri barədə danışılardı. Görünür burada məqsəd başqadır. Amma, bu camaat namazını təşkil edənlər əslində xalqın namaz oruc əhli olmasını istəməyən insanlardır. Çünki mümkün deyil ki, xalqın ruhanisini həbs edəsən, xalqa namaz öyrədəsən, ya da namazı təbliğ edəsən. Deməli, burada başqa məqsədlər vardır. Bu məqsəd də aydındır. Azərbaycanda mümkündür ki, Türkiyə modeli bir şey düzəltsinlər. Məsələn, Türkiyədə bəzən prezidentlər də hər gün olmasa da Cümə günləri namaz qılırlar.

Gərək dindar, namaz qılan, xüsusi ilə ruhani bu cür işlərə getməsin. Dinin xüsusi ilə onun əli ilə təhrif edilməsinə icazə verməsin. İslam dini kamil dindir. Bu din Allahın dinidir. Hansısa bir dövlət proqram qurub əlavələr edə bilməz, bu dindən nələrisə çıxarda bilməz. Dövlətlər namaz nümayiş etdirmək istəyirsə din rəhbərlərinə müraciət edib dindəki namazı öyrənməli, onu təbliğ etməlidir. Nəinki durub özündən Amerika kəşf edəsən.

Biz məsələni ciddiliyini nəzərə alıb bildiririk ki, şəriətdə bu cür camaat namazı yoxdur. Qoymayaq ki, dinə dində olmayan şeylər sırınsın. Bu gün buna münasibət bildirməsək sabah başqa məsələlər də meydana çıxacaq. Ona görə diqqətli olmaq lazımdır.

P.S. Bu namazın camaat namazı qəsdiylə qılınması ehtimalını insanda orada namaz qılanların pişnamazla birlikdə eyni anda namazın hisslərini (rüku, səcdə kimi) icra etmələridir. Camaat namazı olmayan namazlarda eyni anda namazın hissələri yerinə yetirilmir.


194 بازدید
در حال ارسال اطلاعات...