Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2021

Sərdar Cəlaloğlu hardadır, çıxıb SEPAH-ın gücündən danışsın

Sionist mediasına Sərdar Cəlaloğlu çıxıb ibtidai sinif şagirdlərinin səviyyəsində bir müsahibə vermişdi. Ayətullah Həsən Amilinin "şirin quyruğu" söhbətindən daha çox narahat olan Sərdar Cəlaloğlu SEPAH-a da fürsəti qənimət bilib söz atdı. Dedi ki, gördük də sizin gücünüzü. On il İraqla müharibə etdiniz bir qarış torpaq da ala bilmədiniz, ABŞ bir həftəyə İraqı işğal elədi. Bu şəxsə cavab verib yazmışdıq ki, əvvəla İranın məqsədi İraqın torpağını işğal etmək deyildi, İran ona təcavüz edən İraq dövlətinə cavab verir, torpaqlarını müdafiə edirdi. Sonra da ki, indiki İran 32 il əvvəlki İran deyil. Bu bizim hamının başa düşə biləcəyi dildə olan sadə cavabımız idi. Amma, bu günlərdə Sərdar Cəlaloğlunun bəyənmədiyi SEPAH-dan da Sərdara cavab gəldi. Deməli, Azərbaycan mediasında da yer alan xəbərdə deyilir: "ABŞ ordusu, Oman körfəzində, içərisində İranın ixrac etdiyi neft olan bir neft tankerini həbs edib və onun içərisindəki nefti oğurlayaraq digər bir neft tankerinə yükləyib. Daha sonra isə içərisində İrana məxsus neft olan tankeri naməlum istiqamətə aparıb. İranın SEPAH qüvvələrinin xüsusi təyinatlıları sözü gedən tankeri müəyyən edərək, helikopter vasitəsilə onun göyərtəsinə enib və içərisində İrana məxsus neft olan tankeri ələ keçirərək İran sularına tərəf istiqamətləndirib. Bundan sonra ABŞ ordusu helikopterlər və döyüş gəmiləri vasitəsilə İranın ələ keçirdiyi tankeri təqib ediblər və onu ələ keçirməyə çalışıblar. Amma SEPAH-ın qeyrətli və şücaətli xüsusitəyinatlılarının sərt reaksiyası ilə üzləşən ABŞ geri çəkilməyə məcbur olub. Amma ABŞ bununla kifayətlənməyib və köməyə digər döyüş gəmilərini də çağırıb neft tankerini ələ keçirməyə səy edib. Lakin SEPAH cəngavərlərinin sərt reaksiyası ilə üzləşərək geri çəkilməyə məcbur olublar."

Bu günlərdə gərək Sərdar Cəlaloğlunu sionist mediası çağırıb yenidən müsahibə alsın. Görək yalan palan məlumatları cəmiyyətə ötürən Sərdar nə cavab verəcək?

SEPAH-ın bu cavabı Sərdarın böyüklərinə olsa da əslində Sərdar da bu cavabdan payını alıb.
SEPAH-ı zənnimcə Sərdarın bu cür çıxışı narahat etdi, onlar da Sərdara gücünü göstərmək istədilər. Ən çox da Sərdarın "gördük də sizin gücuuuzu" (gücünüzü yox, gücuuuzu) tonu ilə pafoslu çıxışı SEPAH-ı necə özündən çıxartdısa Sərdarın İranın Azərbaycana hücum edəcəyi təqdirdə ordusu ilə üzləşəcəyi Pakistanda da İran qəhrəmanlarının xəbəri geniş bir formada duyuldu. Həə, indi sənin növbəndir Sərdar Cəlaloğlu... Çıxıb efirdə yalan palan məlumatlar yaymaqla deyil e bir güc göstərmək lazımdır.


2177 بازدید
در حال ارسال اطلاعات...