Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Noyabr 2021

İran reallıqları dünyada və Azərbaycanda

Gözəl ölkəmizdə sionistlərin mediasının olması məlumdur. Bu medianı idarə edən keçəlbaş yəhudi Yeni Müsavat, Laf Tv, Reaskiya tv və başqa internet telekanalizasiya rəhbərlərinin qabağına tulapayı atdıqca bu telekanalizasiya rəhbərlikləri də İran əleyhinə hürüşməyə başlayırlar.

Belə görünür ki, dünyada iki dənə İran İslam Respublikası mövcuddur. Birincisi dünyadakı real İran, ikincisi isə sionistlərdən tulapayı alanların gözdən salmağa çalışdığı İran.

Adamı daha çox narahat edən sionistlərdən tulapayı yeyən internet telekanalizasiyalarının mövcudluğu deyil. Daha acınacaqlısı bu medialara inanan avam vətəndaşlarımızın olmasıdır. Yazıq xalqı gah aldadırlar ki, İran Ermənistana kömək edir. Gah deyirlər ki, İran Ermənistanla birlikdə xaricə narkotik daşıyır. Gah deyirlər ki, Pakistan ordusu artıq Tehrandadır. Gah deyirlər ki, şok şok şok, Tehrana hücum edildi. O gün də götürüb yazıblar ki, Təbrizin meri çıxış edərkən bir nəfər ona yaxınlaşıb boynunun arxasına bir sillə çəkib. Səbəb? Sionizm mediası səbəbini də düzüb qoşub. Sən demə mer Təbrizdə, yəni, Sərdar Cəlaloğlunun "əsgərlərinin" qarşısında çıxış edərkən farsca danışıb. Əslində isə söhbət tamam başqa bir şey olub. Fars və ərəb dilli kanallar bunun səbəbini açıqladı və məlum oldu ki, arada vaksinlə bağlı bir məsələ meydana çıxıb və həmin xoşagəlməz hadisə baş verib. Elə bizim sionist telekanalizasiyalarımız ilə vicdanlı telekanalların fərqi də budur ki, onlar səbəbi axtarır tapır, bizim tulalar isə sionist GÖZÜNƏ GİRMƏK üçün səbəbi özləri düzəldirlər.

Bu da təbii ki, əbəs deyil. Belə etməklə bir yandan istəyirlər ki, İranı, İslamı, şiəliyi gözdən salsınlar, digər tərəfdən də oğru Azerbaycan hakimiyyətinin oğurluğunu, fərsiz siyasətini ört basdır etməyə çalışsınlar. Pandora sənədləri bunun bariz nümunəsidir. Çalışdılar ki, oğru bir ailənin zibillərinin üstünü örtsünlər, amma alınmadı. Zibilləri üzə çıxdı.

Bu günlərdə Azerbaycanda qiymətlər yaman qalxıb. İndi buna görə İranın "günahını" axtarıb tapmaq lazımdır. Xalqın fikrini yenə də hakimiyyətin oğurluğundan, qiymət artımından yayındırmaq lazımdır. Görək İran bu dəfə nə "günah" edəcək?


2404 بازدید
در حال ارسال اطلاعات...