Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Noyabr 2021

Azərbaycanda da haqlı olaraq cinayətkar tutularmış

Sosial şəbəkələrdə atasız kimi tanınan Ata Abdullayev həbs edilib. Camaat da dəhşət şoka düşüb. Azad ruhlu, vicdanı diri və namuslu insanlar Ata Abdullayev kimi heyvandan aşağı alçaq bir məxluqun nə əcəb həbs olunması məsələsinin içindən hələ də çıxa bilməyiblər. Düşün, düşün, bir cavab tapmaq olmur. Qınamaq olmaz bu insanları. Azərbaycan bir halda ki, Şeyx Sərdarların, Hacı İlqarların, Hacı Talelərin həbs edildiyi ölkədir. Necə olur ki, bu ölkədə Ata Abdullayev kimilər həbs edilir? Pak insanların həbs edildiyi bir ölkədə napaklar həbs edilirsə, deməli işin içində iş vardır.

Atanı xüsusi tanıtmağa ehtiyac yoxdur. Özünü bloqer adlandırsa da maşşennikdən başqa bir şey deyil idi. Deyilənlərə görə gedir zibil qabılarını çəkir, sonra uyğun mövzuda səhlənkarlıq edən məsullara zəng vurub neçə min manat tələb edirdi ki, verməsəniz sizi ifşa edərəm. Başqa bu cür fırıldaqları də mövcuddur. Əlbəttə, biz bunları iddia edənlərin dediyini deyirik.

Ata kimilərin həbs edilməsində təəccüblü bir cəhət də odur ki, adam GÖZƏGİRƏNin krallarından idi. Mitinqlərdə bəzi fotoları da var ki, mülkü geyimdə polislərə qoşulub dörd-dörd, beş-beş etirazçıları daşıyıb polis maşınına aparırlar. Özü də aparılan şəxslər əziyyət çəkdiyi, ailələri nigaran qaldığı bir halda o "matışka" kimi dişlərini ağardırdı. İndi sosial şəbəkələrdə camaat yazır ki, Ata layiq olduğu deşiyə girib.
Bir məqamı qeyd edək. Ölkədə dəfələrlə GÖZƏGİRƏNLİK edən şəxslərin nə üçün belə etdiyini görmüşük. Misal üçün Ata bir tərəfdən əyri işlər görür, digər tərəfdən də hakimiyyətin GÖZÜNƏ GİRİR ki, sabah zibillərinin üstü açılanda hakimiyyət bəlkə özünün GÖZÜNƏ GİRƏNLƏRİ bağışladı. Bundan qabaq bir nəfər də aksiyalarda çıxıb Ata kimi xalqın əleyhinə, hökümətin lehinə danışırdı. Amma, sonradan məlum oldu ki, biznesini vurublar, o da biznesini qorumaq naminə belə bir yola əl atıb. Bu da Azərbaycan hakimiyyətinin nə qədər bədbəxt, zavallı olduğunu göstərir ki, kimlərsə biznesi vurulmasın, zibilləri açılmasın deyə hakimiyyətin GÖZÜNƏ GİRİR.

Onu da deyək ki, Atanın şantaj etdiyi insanlar da elə belə adamlar olmayıb. Bu ölkədə ümumiyyətlə oğru, alçaq, rüşvətxor, xalqa düşmən və qənim kəsilməyən məmur tapmaq çox çətin məsələdir. Amma, Ata kimi bişərəf alçaqlar xalqı düşünən olsaydılar xalqın yanında olardılar. Hər halda, deyirlər ki, Azərbaycanda ilk dəfədir ki, ədalətli məhkəmə gedir və cinayətkar cəzasına çatır.


259 بازدید
در حال ارسال اطلاعات...