Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2021

İsrailin ölkəmizdəki agent şəbəkəsi silsiləsindən - Sərdar Cəlaloğlu

6-cı yazı

İsrail sionistlərinin ölkəmizdəki agent şəbəkəsinin üzvlərindən biri də Sərdar Cəlaloğludur. Adı müxalifətçi olan, partiyasında isə deyəsən özündən başqa kimsənin olmadığı bir insandır Sərdar. Amma, onun sionizm agenturasının bir həlqəsi olması məsələsi bir qədər digərlərinə baxanda daha çox acınacaqlıdır. Misal üçün, Laf tv, Müsavat, Elşad, İqbal kimi insanlar elə bineyi qədimdən sionistlərdən tulapayı alan bir şəxs idi. Yəni, bunlar siyasətdə var olduqları vaxtdan İran əleyhinə danışan ünsürlərdir. Amma, Cəlaloğlu isə bir vaxtlar nəinki qüdrətli İranı, hətta İranın dəstəklədiyi Hizbullah təşkilatını belə güclü və qüvvətli, Allah yolunda vuruşan bir dövlət hesab edirdi. Hətta, İranın ölkəmizdəki səfirliyinin hansısa tədbirində iştirak edərkən çəkilmiş fotosu da sosial şəbəkələrdə mövcuddur. Sonra birdən birə nə oldusa adam 180 dərəcədə İranın əleyhinə bir ünsürə çevrildi.

Digəlki bədbəxtlik budur ki, şiə-İslam əleyhinə danışan bu şəxs digər sionizm agenti olan başqa bir kanalda müsahibə verərkən İrana xitab edib deyir ki, gördük də sizin gücünüzü. İraqla 8 il vuruşub bir qarış torpaq ala bilmədiz. Zavallı insan elə düşünür ki, İran o döyüşdə İraqdan torpaq almaq üçün savaşırdı. Əslində isə İran təcavüzə məruz qalmışdı. Həmin döyüş də defaye müqəddəs (müqəddəs müdafiə) adlanır. Amma, Cəlaloğlunun bəyənmədiyi bir məsələ də var. O da İranın özünü tam olaraq müdafiə etməsi məsələsi. Çünki İranın İraqla müharibədə öz torpaqlarının bir qarışını belə düşmənə verməməsi əslində müsbət haldır. Nəyə görə bu işi Sərdar təqdir etmir? Ona görə ki, özü və onun kimilər torpaqlarının 30 il işğalda olmasına göz yummuşdular. Bu cür insanlar mücahid, mübariz iranlı möminləri təqdir edə bilərmi?
Daha sonra deyir ki, İran İraqın bir qarış torpağını ala bilmədiyi halda ABŞ İraqı az bir zaman kəsiyində işğal etdi. Yenə zavallı insan anlamır ki, o zamankı İran İraq müharibəsində İraqı elə ABŞ dəstəkləyirdi. Digər yandan da Sərdarın vətəndaşı olduğu sovetlər birliyi. Bu iki gücün müdafiə etdiyi İraqa bir qarış torpaq verməmək hünər deyilmi?

Sonra deyir ki, bizim İranda 40 milyonluq türk ordumuz var. Bu sərsəmləməyə cavab verməyə ehtiyac duymuruq. Çünki İran türkləri özləri Sərdar kimilərin cavabını verib bildiriblər ki, biz İranın əsgəriyik.
Sonda deyək ki, nəyə görə bu ünsür İran əleyhinə ölmüş siyasi kariyerasında səhifə açıb? Ona görə ki, bu yaşdan sonra siyasətdə iflasa uğramış bir insan kimi daha siyasi səhnəyə qayıdan deyil, ölkədə həqiqi müxalifət olmağın da daşını atıb. Bundan sonra gedib 20 Yanvarın kuruqunda semiçka da satan deyil. Ailəni bir təhər dolandırmaq və Sərdar Cəlaloğlu adını qoruyub saxlamaq da lazımdır axı. Ona görə də düşünüb ki, İran əleyhinə danışıb sionistlərdən nəsə qopartmaq daha məqsədəuyğundur.


2320 بازدید
در حال ارسال اطلاعات...