Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2021

Rəzil və alçaq hakimiyyət sionist İsrailə xoş getsin deyə öz ruhanisini həbs edib İrana acıq verir

Azərbaycanda Hacı İlqar İbrahimoğlu, Şeyx Sərdar və onlarla birlikdə həbs edilən bir neçə ruhanidən sonra başqa ilahiyyatçılar - Hacı Mircəfər və Hacı Vasifin də həbs edilməsi xəbəri eşidildi. Həbs edilənlər İranda təhsil alan şəxslərdir. İran təkcə bu şəxslərə yox, uzun illərdir nə qədər azərbaycanlı soydaşlarımıza da digər xarici ölkələrdən İrana oxumaq üçün gedən insanlara təhsil verdiyi kimi təhsil verib oxutmuşdur. Həbslərə diqqət edəndə görürük ki, İranda təhsil alanlardan başqa digər ölkələrdə təhsil alan kimsə həbs edilməyib. Əlbəttə, biz heç bir ruhaninin zülmə məruz qalmasını istəmirik. Amma məsələ burasındadır ki, Azərbaycan hakimiyyəti İranla bir balaca arası dəyən kimi sanki İran vətəndaşlarını həbs edirmiş kimi azərbaycanlı ruhaniləri həbs edir. Beləliklə də bədbəxt və rəzil hakimiyyət istəyir ki, İrana desin ki, baxın, siz bizimlə yola getmirsiz, biz də sizin tələbələrinizi həbs edirik. Halbuki İran bu ruhanilərdən bir qəpik belə tələb etmədən onlara təmənnasız təhsil, yataqxana, yemək, aylıq pul verib təhsil aldıqları müddətdə yaxşı dolanmalarını təmin etmişdir. Budurmu sizin İrana təşəkkür borcunuz? Pismi edib sizin övladlarınıza din öyrətsinlər deyə onlara elm və təhsil veriblər? Bu ruhanilər də xalqa din, mənəviyyat öyrətməkdən əlavə heç bir "günah" iş görməyiblər. Hakimiyyət hünər və kişilik göstərib şəffaf məhkəmə də keçirə bilmir. Çünki onsuz da şər olduqları xalqa, bütün dünyaya bəlli olduğu halda bir az daha çox biabır olmalarından qorxurlar.

Bu iş sırf İranın dini elitasına acıq verməkdən başqa bir şey deyil. Çünki məsələ siyasi bir şey olsaydı Ali Dini Liderin Azərbaycandakı nümayəndəsinin getməsindən, hüseyniyyəsinin, ofisinin bağlanmasından sonra elə İran səfirini də ölkədən çıxarardılar. Görünür məsələ sionist planı əsasındadır. Rəzil və alçaq hakimiyyət öz vətəndaşını sionsit İsrailə xoş getsin deyə həbs edib İrana acıq verir.


267 بازدید
در حال ارسال اطلاعات...