Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2021

İndi bildinizmi ki, İran niyə Ermənsitanla əlaqələr qurur?

İranla Azərbaycanın arası dəyməmişdən əvvəl bizim Azərbaycanda İranla bağlı verilən on sualın doqquzu bu idi: niyə İran Ermənistanla dostluq edir? Düzdür, İran tərəfi deməsəydi də məlum idi ki, Azərbaycan başçıları da İsraillə dostluq edir. Amma, zənnimizcə bu günlərdə məlun olur ki, İran niyə Ermənsitanla müəyyən iqtisadi siyasi əlaqələrə sahibdir. Bunun təkcə iki səbəbini qeyd etməklə kifayətlənirik.

Birincisi budur ki, yazıq iranlı rəsmilər elə o vaxtlar da deyirlər ki, bizə bir çox dünya dövlətləri düşmən olanda ermənilər bizə düşmən olmadı. Mallarının xarici ölkələrə çıxmasına da şərait yaratdılar. İndi belə olan halda İranı qoy bir kənara, sən olsan ermənilərlə əlaqələr qurmazsan? Niyə qurmazsan, sən erməni sənə kömək etməmiş artıq səhifəni çevrilib araq içmək istəyirsən. Əgər, əlaqələr qurmazsansa deməli başdan xarab adamsan. Elçibəyi əbəs yerə bu gün qınamırlar ki? Elçibəyin İrandan, farsdan xoşu gəlmədiyi üçün Türkiyə müxbirinə verdiyi müsahibədə deyir ki, İran havayı helikopter verirdi amma mən almadım. Çox nahaq iş görüb. Almadığı üçün də çox şey itirdi. Əgər, bu gün İran Ermənistanın qara qaşına gözünə vurulmadığı halda onunla yenə də əlaqələri varsa bunda Azərbaycan da günahkardır. Ona görə ki, Azərbaycan niyə Ermənistan qədər olmayıb İrana kömək etməyib. Azərbaycan köməkliyin göstərərdi beləliklə də Ermənistan köməyinə ehtiyac olmazdı.

İkincisi budur ki, İran Azərbaycan hakimiyyətinə heç zaman inanmayıb və elə yaxşı da edib inanmamaqla. Bir hakimiyyətə öz xalqı inanmırsa İrandan Turandan hansı inam gözləmək olar. Bunun özü də iki istiqamətdə dəyərləndirilməlidir. Birincisi budur ki, Azərbaycan hakimiyyəti Azərbaycanı doğrudan da sionist yəhudilərin ikinci ölkəsinə çevirib. Açıq aşkar sionist silah sursatının yanında utanmzcasına dayanıb şəkil çəkdirir, sionistlərin texnikasını Azərbaycanda saxlayırlar. Deməli, İran xain Azərbaycan hakimiyyətinə inanmamaqda haqlı idi. İkincisi də ki, İran çox gözəl bilir ki, Azərbaycanın xəbis hakimiyyətinin bir düşməni var, o da xalqdır. Erməni zad bəhanədir. Budur bax, erməni ilə artıq səhifəni çevirib əlaqələr qurmağa can atırlar. İran gözəl bilir ki, Azərbaycan hakimiyyəti öz böyüklərinin əmrindən çıxmaz. O gün onlara əmr gəlmişdi ki, Ermənistanla əlaqələr qurmasınlar, bu gün əmr gəlib ki, səhifəni çevirib çaxır içsinlər. Azərbaycan hakimiyyətinə inanmamaqda İran haqlıdır. Çünki bu xəbis hakimiyyət xalqı süründürür, bu ölkədə qazi özünü öldürür, ruhanilər həbs edilir, qiymətlər qaldırılır, hakim ailə xalqdan oğurlayıb Londonda özünə mülklər alır, ölkədə rüşvətxorluq, narkomaniya baş alıb gedir. Ona görə də İran da Ermənistanla öz mənfəətinə görə əlaqələri kəsmirdi. İndi anladınız ki, niyə İran Ermənistanla əlaqələr qurur?


2345 بازدید
در حال ارسال اطلاعات...