Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Oktyabr 2021

İrandakı türklər sizcə agentdirmi?

Məlum olduğu kimi neçə gündür ki, İranla Azərbaycan arasında gərginlik mövcuddur. Dövlətlər bir yana dursun, Azərbaycanda bir sıra sionist nökəri olan media qurumları ancaq ara qızışdırmaqla məşğul olurlar. Yeni Müsavat qəzeti başda olmaqla sionist Mossadın ölkəmizdə təmənnasız nökərləri olan bu media qurumlarının təlqin etdikləri bir mövzu da vardır. Bunu tez tez başqa başqa insanlar da türkçülük, pantürkizm və bu kimi mövzularda dilə gətiriblər. Bu da İranda yaşayan və bizim dildə danışan qardaşlarımızla bağlıdır. Yerindən duran bu mövzuda iki şeyi xalqın gözünə soxmağa çalışır. Biri budur ki, güya İranda azəriləri incidirlər. Bir dəfə də olsun Azərbaycanda incidilən ruhanilərin həbsindən, qazilərin fəryadından, kasıbların səfalətindən, rüşvətdən, işsizlikdən, süründürməçilikdən, korrupsiyadan, diktaturadan, seçki saxtakarlıqlığından danışmayan sionist nökərləri köklənib İranda azərilərin "incidilməsinə." Onlar sizə inanmır onsuz da. Çünki onlar bilir ki, siz onlardan sionist İsrailin nökəri olduğunuz üçün istifadə etmək istəyirsiz. Sizin qışqırdığınız turançılıq yalançılıqdan başqa bir şey deyil. Siz Böyük Turan İsrail dövləti qurmaq istəyirsiz ki, bu da ürəyinizdə qalacaq. 

İkincisi, sizin kimi sionist nökərləri qanmır ki, İran türklərinin sionist İsraildən zəhləsi gedir. Siz sionistlərin tulalığını etdikcə onların gözündə düşürsüz. 

Üçüncüsü, onlar Sizin kimi nökər yox, mömin Allah bəndələridir. Öz dini rəhbərlərinə sadiq insanlardır. İki ölkənin arasını qızışdırıb bir dava salsanız qaçıb siçan deşiyində gizlənəcəksiz, onlar çıxıb kişi kimi dövlətlərini müdafiə edəcəklər.

Əsas məsələ isə bundan ibarətdir ki, Azərbaycanda fəaliyyət göstərən sionist nökərləri ordakı azəriləri özlərinin agenti hesab edirlər. Elə bilirlər ki, ordakılar lap Azərbaycan üçün əldən ayaqdan gedir. Siz doğrudan da axmaq insanlarsınız. Ona görə ki, onları axmaq hesab edirsiz. Özünüz axmaqsız, elə bilirsiz ki, onlar da axmaqdır?

Sizlər utanmadan İranda təhsil alan Azərbaycan vətəndaşlarından tutmuş sosial şəbəkələrdə İranı müdafiə edən hər kəsi agent adlandırmısız. Agentlik pisdirsə ordakı azəriləri niyə öz agentiniz hesab edirsiz? Əgər, agent hesab edirsizsə niyə sizin İranda "agentiniz" olduğu halda onların burda agentinin olmasından ötrü narahat olursuz.

Siz zavallı sionist nökərləri, bilin ki, İrandakı azərilər sizin dövləti özünə dövlət hesab etmir. Əksinə, hər birisi Azərbaycanın İrandan qopduğuna inanır. Sizlərin onlara birləşmənizi arzu edir. Əksinə, istənilən İran azərisini dindirsəz görərsiz ki, onlar sizi sionist mediası, sionist pantürklər hesab edirlər. Yerdə qalan azərbaycanlıları isə həm bir müsəlman, həm də insan olaraq sevirlər. Bəli, İranda dövlətə müxalif olan insanlar tapmaq olar. Onlar da ümumilikdə nizama, quruluşa, İslama qarşı olan insanlardır. Onlar da zatən hər ölkədə mövcuddur. Necə ki, siz mövcudsunuz.


176 بازدید
در حال ارسال اطلاعات...