Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Oktyabr 2021

İsrailin ölkəmizdəki agent şəbəkəsi silsiləsindən - Elşad Musayev

4-cü yazı

Babbalaca Azərbaycanımızda partiyasının adını Böyük Azərbaycan Partiyası qoyub amma, cılız cılız söhbətlər edən Elşad Abdullayev adlı bir insan yaşayır. Elşad bəy İsrail agentlərini tez tez dəvət edib danışdıran Mossadın Azərbaycan üzrə media qanadını təşkil edən Yeni Müsavat qəzetində şiə dövləti olan İran əleyhinə danışan ünsürlərdən biridir.

Heç bəlkə Böyük Azərbaycan adlandırdığı partiyasında özündən başqa bir üzv yoxdur, amma durub böyük Azərbaycan iddiası edir. Bu da azmış kimi zavallı Elşad bəy deyir ki, İranda bizim adamlarımız var. Sizin İranda yox e, heç Azərbaycanda da tərəfdarlarınız yoxdur. Varsa nə üçün bir dəfə İsrailə agentlik etməyi bir kənara qoyub azərbaycanlıları Azərbaycanda olan mövcud hakimiyyətə qarşı etiraz etməyə səsləmirsiz? Məgər, bu qədər ki, türkçülükdən dəm vurursunuz bu məmləkətdə yaşayanlar türk deyilmi? Bu məmləkətdə etiraz edən qazilərin, kasıbların dərdindən bir dəfə danışmısız? Bu ölkədən didərgin düşüb xarici ölkələrdə bir para çörək dalıyca sürünən azərbaycanılar bir dəfə sizin yadınıza düşübmü? Bəli, məsələ də bundan ibarətdir ki, Azərbaycanda vəziyyət pisdir, sizin kimi qorxaq insanlar isə Azərbaycanın güllük gülüstanlıq olmasını iddia edən ünsürlərdir. Onlar qalıblar heç bir üzvü olmayan partiyalarını necə tanıtsınlar, pul qazanmaq üçün nə iş görsünlər gedib İsrailə agent olmağı özlərinə şərəf hesab ediblər. Sizin kimi ünsürlər yalandan danışıb İranda riçaklarınızın olduğunu deyirlər. Zavallı adamlar sizə bir dəfə xalqın dərdindən danışmadığınız üçün öz vətəninizdə sürünən insanlar yaxın gəlmir, yox durub xarici ölkədə sizə maşalıq edənlər olacaq?

Sonra ünsür deyir ki, biz İran əleyhinə danışırıq, çıxıb bizi açıq aşkar söyürlər. Düzdür, biz söyüşün əleyhinəyik. Amma, nə bilirsiz ki, sizi söyənlər İran agentləridir. Sosial şəbəkədə min cür adam ola bilər. Bəlkə elə sizin öz agent dəstənizdir. Bir yandan siz İran əleyhinə danışırsız, digər yandan da adamlar tutursuz ki, sizi söysünlər və deyəsiniz ki, bizi İran söyür. Nə bilmək olar? Əgər, sizi hər söyən İran agentidirsə, deməli elə dediyimiz kimi siz də İsrail agenturasının Azərbaycanda bir üzvüsünüz.

Biz söyüşlərə bəraət qazandırmırıq. Amma, sizi İran əleyhinə danışdığınız üçün hansısa bir dindar tənqid edirsə lap doğru edir. Bu mənada ki, siz dünyada heç bir dövlətə müharibə elan etməyən, amma sizin ağalarınız, muzduru olduğunuz İsrail də başda olmaqla heç bir rejimin, dövlətin qabağından yeməyən bir şiə dövlətinin əleyhinə çərənləyirsiz. Bu da o deməkdir ki, siz ölkədə şiəliyin əleyhinəsiz. Siz istəyirsiz ki, ölkədə vəhhabi təkfirçi zehniyyət at oynatsın. Siz İslamın əleyhinəsiniz. Siz istəyirsiz ki, Azərbaycana Türkiyədən, İsraildən, Avropadan əxlaqsızlıq idxal edilsin. Azərbaycanın da inanclı kəsimi haqlı olaraq bu vəziyyətdən narahat olub sizin kimi agentlərə deyir ki, ay belə belə olmuş nə istəyirsiz camaatdan? Canınız çıxsın oturun evinizdə də. Niyə fitnə toxumu səpirsiz. Sabah müharibə olsa qaçıb gizlənəcəksiz.

Daha sonra deyir ki, həmişə vəziyyəti gərginləşdirən İrandır. Zavallı agent oturub studiyada İran əleyhinə sərsəm çıxışlar edir, sonra deyir ki, İran vəziyəti gərginləşdirir. Özü də deyir ki, İranda mənim sevdiyim Şah İsmayılın qəbri var, amma İrana gedib bir dəfə ziyarət edə bilməmişəm. Güya ki, indi İran üçün bu adam pontensial bir təhlükədir. Güya ki, İran Biləsuvar-Astara sərhədinə sepah qüvvələrini səfərbər edib ki, bu insan ora gedən kimi tutub həbs eləsinlər. Siz kimsiz ki, İran üçün təhlükə olasız?

Hə bir də deyir ki, İrana gedib ağam ağam şeirləri oxuyurlar, bunun da qabağı Elşad bəyə görə alınmalıdır. Qardaşım, onların sizdən bir fərqi budur ki, onlar öz din böyükləri üçün ağam ağam deyib oxuyurlar, sizlər isə agenti və muzduru olduğunuz sionistlər üçün. Siz də özünüzə bu dövləti ağa seçməmisiniz ki. Sizin də ağanız elə sionist rejimdir. Ona görə ki, sizin ağanız Azərbaycan dövləti olsaydı siz dövlətin xarici siyasətinin ziddinə iş görüb dövlətin, xalqın dostu olan İran əleyhinə bu cür hətərəm pətərəm danışmazdınız.


211 بازدید
در حال ارسال اطلاعات...