Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Sentyabr 2021

Həbsdəki bəhlullar və torpaq üstündə savaşıb torpaq altında yatanlar

Allah Yardımlı camaatının xüsusi yardımçısı olsun. Çox pis hadisə baş verib. Hadisə rayonun Arvana kəndinin yaxınlığında "Savaş postu" deyilən ərazidə qeydə alınıb.

Belə ki, kənd sakini filankəs torpaq sahəsi üstündə həmkəndlisi filankəsi tüfənglə vurub öldürüb. Qatil ailəlidir, 3 övladı var. Ölən şəxs isə subay olub.

Yadıma Bəhlul Danəndənin bir hərəkəti düşdü. İki nəfər Yardımlı sakinləri kimi torpaq üstündə dalaşırmış. Bəhlul Danəndə ordan keçəndə bunlar Bəhlula deyir ki, sən ağıllı, tədbirli və hikmətli adamsan. Bizim aramızda qəzavət elə. De görək bu torpaq bizim hansımızın torpağıdır. Bəhlul deyir ki, dava eləməkdənsə gözləyin torpaqdan soruşum. Daha sonra qulağını yerə qoyub gözləyir. Qalxıb bir vaxt torpaq altında yatacaqlarını unudub bir birinin qanına susayan qardaşlara deyir ki, torpaq dedi ki, mən heç birinin deyiləm. Əksinə onlar mənimdir. Bir gün ölüb mənim qucağımda yatacaqlar. Bəhlul Danəndə onlara başa salmağa çalışır ki, ay bədbəxtlər adam da dünya malına görə bir birinin qanını tökər?

Biz hətta, bu cür məqamlarda da hakimiyyəti qınamalıyıq. Niyə? Çünki hakimiyyət heç zaman televiziyada dinin təbliğinə icazə verməyib ki, Yardımlıda bir birinin qanını tökən insanlar oturub dini verilişlərə qulaq asıb dünyanın beş günlük olduğunu anlasınlar. Telekanalizasiyaya dönən efir cəhənnəmə digər tərəfdən zəmanə bəhlullarını da zindana atırlar. Bəhlulları zindanda olan xalq əlbəttə ki, bir birinin qanına susayacaq. Odur ki, bəhlullar tezliklə azad edilməli, bu cür insanların doğru yola gəlməsi üçün onlardan xüsusilə istifadə edilməlidir.


2384 بازدید
در حال ارسال اطلاعات...