Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Sentyabr 2021

Diktator sözü: Demokratiyanı xalq əldə etməlidir! Amma, mən istəyən demokratiyanı

Bütün dünyada hamı demokratiyadan danışır. Müxalifətlər iqtidarları qeyri-demokratiklikdə ittiham edir, iqtidarlar da deyir ki, müxalifətlər qeyri - demokratikdir. Nümunə olaraq heç uzağa getmirik. Öz ölkəmizdən danışaq. Misal üçün mövcud hakimiyyət otuz ildir ki, hakimiyyətdədir. Müxalifətçisi, qəzeti, jurnalisti, adi adamı deyir ki, ay qardaş, əl çəkin hakimiyyətdən xalq bir ağ gün görsün də. Eyni sözü iqtidar da müxalifət haqqında deyir. Məsələn deyir ki, mən otuz ildir hakimiyyətdəyəmsə sən də iyirmi ildir ki, öz partiyanda hakimiyyəti əlində saxlamısan, səndən başqa kimsə başqan ola bilmir.

Gördüyümüz kimi hamı demokratiya istəyir. Görünür demokratiya (azadlıq mənasında) matah bir şeymiş ki, diktatorun yekəsi də demokratiya istəyir. Özü xalq üçün demokrat olmasa da başqasının demokrat addım atmasını arzu edir. Necə ki, ədalət yaxşı olduğu üçün beş nəfər oğurluq edən şəxs də arasında oğurladıqları malın ədalətli bölgüsünün tərəfdarı olurlar.

Demokratiyadan söz düşmüşkən Putindən danışmasaq demokratiya baniləri bizdən inciyər. Ona görə yox ki, Putini demokrat hesab edirik, ona görə ki, Putin bu yaxınlarda demokratiya haqqında demokratların nəzərində çox mükəmməl söz deyib. Hələ xəbərə baxın: "Rusiya Prezidenti Vladimir Putin demokratiyanın güc yolu ilə tətbiq oluna bilməyəcəyini bildirib. Putin Əfqanıstanda baş verənləri “fəlakət” adlandırıb.
Bu, tək mənim yox, ABŞ analitiklərinin də razılaşdığı bir məsələdir. Putin qeyd edib ki, demokratiya bir xalqa zorakılıq yolu ilə tətbiq edilə bilməz və insanlar demokratiyanı istəyirlərsə, bunu özləri əldə edəcəklər."

Sözümüz Putindən uzaq, diktatorların dünyada birmənalı olaraq qəbul etdikləri bir məsələ var. Bütün dünyada demokratiyanı xalqlar əldə etməlidir. Amma, mən istəyən demokratiyanı. O demokratiya ki, həmişə seçki qutularından mənim adımı çıxardır. O demokratiya ki, mənim düşmənlərimin hamısını ermənilərə xidmət edən hesab edir. Və o demokratiya ki, mənim qondardığım müxalifəti müxalifət hesab edir.

Amma, öz aramızdır, insafən Putin insaflı danışır. Çox doğru buyurur ki, insanlar demokratiya istəyirlərsə bunu özləri əldə edəcəklər.


375 بازدید
در حال ارسال اطلاعات...