Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyul 2021

Sonra da deyirlər ki, QMİ sədri dini təbliğ etmir. Adam namaz qıldırmayanda...

Şuşa məscidinə səfər edən ilahiyyatçıların səfəri ilə bağlı yəqin ki, məlumatınız var. Elə - belə olsaydı bəlkə də məlumatınız olmayacaqdı. Amma, ora səfər edənlərdən birinin də İranın Ali Dini Liderinin Azərbaycandakı nümayəndəsi olduğu üçün yəqin ki xəbəriniz var. Daha dəqiq desək orada camaat namazına imamlığı həmin nümayəndə -Seyyid Əliəkbər Ocaqnejad öz üzərinə götürdüyü üçün aləm bir-birinə dəyib.

Sonra da deyirlər ki, QMİ sədri dini təbliğ etmir. Adam namaz qıldırmayanda, camaat namazına imamlıq etməsi üçün Ocaqnejad ağanı dəvət edəndə belə, heç möhür nədir bilməyən, namazdan heç nə qanmayan, qarnını bir ömür şeytan nəcisi (araq) ilə dolduran, Kəbə əvəzinə İsraili qiblə hesab edən hamı başlayıb donquldanmağa ki, bəs niyə belə oldu. Hətta, içlərində adamlar olub ki, durub namazın nə olduğunu öyrənməyə çalışıblar ki, görək bu nəmənədir ki, bu işdə iranlı qabağa keçib?

Biz də dəfələrlə yazıb bildirmişik ki, QMİ özünü, bütün ömrünü – başda QMİ sədri olmaqla – dinə həsr eləsin. Çünki onlarda potensial var. Görmürsünüz ki, namaz qıldırmayanda hamı namazdan danışır, gör indi QMİ sədri namaz qıldırsaydı nə baş verərdi?

Bir yandan da QMİ sədrinin görünür əlinin duzu, ayağının bərəkəti yoxdur. Məsciddə namaz qıldırmayıb xütbə oxumayanda deyirlər ki, din təbliğ eləmir. Məscidə gəlib təvazökarlıq edib Peyğəmbər (s) balasını qabağa verəndə də başlayırlar danışmağa. Deyən gərək ki, sizə nə var axı? Sionistlərdən yenə əmr almısınız?

Sionist nökıəri “Axar” saytı yazır ki, “sosial şəbəkə istifadəçiləri namaz qılınan zaman fotoda Ocaqnejadın Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və digər şəxslərdən öndə dayanmasına etiraz ediblər.” Ay sionist nökəri, sosial şəbəkə istifadəçiləri mərhum Hacı Qasimin fotolarını profillərə qoyanda da bu məsələni işıqlandırardın da.

“Yeni sabah” qəzeti, Fətullahın ölkəmizdəki agenti Elşad Miri, “Bizim yol” qəzeti, ona müsahibə verən Anar Əsədli və başqa sionist nökərləri də başlayıblar donquldanmağa.

Sonda dindən qanmayan bu qanmazlara istərdik ki, işin dini tərəfini də deyək. Həmin camaat namazında cəmisi iki nəfər dini libasda (əmmamə, əba-qəba) olan şəxs var idi. Biri QMİ sədri, digər Seyyid Əliəkbər Ocaqnejad ağa. Əmmaməlinin (dini libaslı) şəxsin digərlərinə namaz qıldırması şəriətdə tövsiyə edilib. Əmmaməlilər arasında da qara əmmaməli şəxs seyyid-Peyğəmbər (s) övladı olduğu üçün daha yaxşı olar ki, o qabağa verilsin. Din sizin sionist səfirliyindən aldığınız əmrlər deyil, ilahi, səmavi vəhydir. Yaxşı olar ki, bütün günü sionizmə xidmət etdiyiniz halda bir dəfə də açıb dini kitablar oxuyun!


1791 بازدید
در حال ارسال اطلاعات...