Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyul 2021

Fazilin İslamla bağlı səfeh fikirlərinə bir də elmi cavab

Fazil Qəzənfəroğlunun saytda dərc olunan sərsəm fikirlərinə bundan əvvəlki yazımızda qısa da olsa cavab vermişdik. Amma, tam ciddi fikirlər qeyd etdiyimiz yazını kimlərsə zarafat, məzələnmək hesab edə bilər deyə, bir də istədik elmi cavab verək. Sonra deməsinlər ki, Fazilə cavab verə bilmədiyiniz üçün onunla məzələnirsiniz. (Bundan qabaqkı yazının linki: https://nur-az.com/az/articles/view/5827 )

Fazil konkret olaraq yazır: “İslam dini elə bir dindir ki, ağıllı adamı daha da müdrikləşdirir, səfehi isə daha da səfehləşdirir. Diqqət edirsinizsə, minlərlə insan, bəlkə də hələ Quran oxumadan, başlarına hicab taxmadan əvvəl daha səmimi idi, amma dinin içinə girdikdən sonra saxtakar və dələduza çevriliblər.”

Qəzənfəroğlunun İslamdan qandığı qrafanın olmadığı burdan bilinir ki, Qurani-Kərimin ayəsindən xəbərsizdir. Quran buyurur: “(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər.” (Ənkəbut 45)

İslamın ilk vacibati namazdır. Namazın İslamda yeri haqqında yəqin ki, Fazilə də dəlil gətirməyə ehtiyac yoxdur. İslama gələn hər kəs namaz qılmalıdır. Namazsız İslamı təsəvvür etmək mümkün deyil. Namaz isə insanı pis və çirkin işlərədən çəkindirir. Deməli, İslama (namaz) gələn şəxsi İslam pis və çirkin əməllərdən çəkindirməlidir. Fazil isə deyir ki, minlərlə insan, bəlkə də hələ Quran oxumadan, başlarına hicab taxmadan əvvəl daha səmimi idi, amma dinin içinə girdikdən sonra saxtakar və dələduza çevriliblər.

Zavallı adam neçə ildir namaz qılır, hələ də anlamır ki, onun dinin içinə girməsini hesab etdiyi insanlar, yəni, onun təbirincə desək saxtakarlar və dələduzlar əslində dinin içinə girməyiblər. Çünki dinin içinə girsəydilər namaz qılardılar. Namaz qılmayıblarsa onlar dində sayılmırlar. Namaz qılsaydılar və ya qıldıqları namaz olsaydı, bu namaz onları saxtakarlıq və dələduzluqdan çəkindirərdi.

Bu dediklərimizdən Fazil bir şey anlamadısa ona çox sadə bir hekayə danışaq. Bir kişi ruhanilərdən birinə deyir ki, siz deyirsiniz ki, ruhanilər pakdır, amma biz ruhani bir nəfəri oğurluq edən yerdə tutduq. Ruhani deyir ki, ola bilməz. Adam deyir ki, necə ola bilməz. Daha sonra sübut üçün əynində ruhani libası olan bir şəxsi gətirib deyirlər ki, bax, budur oğru. Həmin ruhani də oğurluq edən şəxsin əynindən ruhani libasını çıxarıb deyir ki, bunları da bizdən oğurlayıb. Yəni, qısacası o şəxs də Fazil kimi din libasına bürünən saxtakar bir şəxsdir ki, İslamda olsaydı İslam onu oğurluqdan çəkindirərdi. Necə ki, Fazili də qıldıqları “namazlar” onu xalqı təhqir etməkdən çəkindirmir. Çünki qıldığı namaz deyil. Namaz olsaydı Quranın buyurduğu kimi pis və çirkin əməllərdən çəkinərdi.

Bəli, Fazil Qəzənfəroğlunun müsəlman xalqı təhqir etməkdən başı ayılsa bir az bu barədə düşünər.


2424 بازدید
در حال ارسال اطلاعات...