Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyun 2021

Özünü İmam Rzanın (ə) dövründə hesab edənlərə İmamdan (ə) şəhadət dərsi

Əvvəlcə imamət səmasının səkkizinci günəşi olan İmam Rzanın (ə) mübarək mövlud günü ilə əlaqədar zəmanə sahibi İmam Zaman (ə) ağanı, eləcə də bütün möminləri təbrik edirik.

İkincisi isə istərdik ki, bəzi möminlər dilindən düşməyən bir məsələyə toxunaq. Bildiyimiz kimi əziz imamlarımız (ə) arasında təkcə İmam Hüseyn (ə) zalım əleyhinə silahlı qiyama sarılıb. Digər imamlar (ə) müəyyən məsləhət əsasında və lazımi şərait yetişmədiyi üçün bu cür işdən çəkiniblər. Amma, bəzi möminlərimiz bu işi səhv anlayıblar. Düzdür, əziz imamlarımız (ə) hər sahədə ən yüksək zirvədə olublar, eləcə də elm və tələbə yetişdirmək sahəsində. Amma, onların elmə, maarifə yüksək qiymət verməsi, tələbə yetişdirməsi o mənaya gəlmir ki, onlar zülm əleyhinə qiyam etməyib. Necə ki, İmam Hüseyn (ə) qiyam etməsinə baxmayaraq həm də elm sahəsində də yüksək zirvədə idi. Məgər, İmam Hüseyn (ə) təkcə qiyam edən, zülm əleyhinə qiyama qalxan bir şəxs olub? Məgər, O Həzrətin (ə) təkcə bu xüsusiyyəti var idi? Əlbəttə ki, yox! Sadəcə Həzrətin (ə) xüsusiyyətlərindən biri də bu idi. Əgər, Onun elmi və tədbiri olmasaydı zəmanəni və vəziyyəti düzgün dəyərləndirə bilməzdi. Zəmanəni düzgün dəyərləndirən bir şəxs olmasaydı ümmətin azğınlıq və fitnəyə düşməsinə səbəb olardı ki, bu cür şəxs də ümmətin imamı, fəzilətdə bənzəri olmayan Əhli-Beytin (ə) bir üzvü ola bilməzdi. Çünki Əhli-Beyt (ə) Quran hökünə əsasən bütün çirkinliklərdən pak qərar verilib.

Təbii ki, bizim əqidəmizə əsasən Həzrət (ə) məsum idi, etdiyi hər iş haqlı idi. Amma, digər müsəlmanların nəzərində də İmam (ə) – o cür fəzilət və məqam sahibi bir şəxs korkoranə qiyam etməzdi. Deməli, elmi və çox güclü bir dəyərləndirmə bacarığı var idi. Digər imamlar (ə) da o cürdür. Elm əhli olublar, ondan əlavə zülmün müqabilində də susmayıblar. Təəssüf ki, bəzi möminlər imamların (ə) şəhadət günlərini qeyd etsələr də sanki az qalırlar onları zülm əleyhinə susan şəxs kimi tanısınlar və tanıtdırsınlar. Düzdür, qeyd etdiyimiz kimi müəyyən məsləhəti nəzərə alıb silahlı qiyama, ordu yığmağa, müsəlmanları hakimiyyət əleyhinə qaldırmağa cəhd etməyiblər. Bundan başqa tərəfdarları da lazımi həddə yox idi.

Zatən, özlərini digər imamların (ə) dövründə hiss edib susan bir çox möminlərdən kimsə tələb etmir ki, onlar ordu toplasın, silahlı qiyama qalxsın. Ən azından həmin imamların (ə) etdiyi işi etsinlər. Sözlə də olsa zülm əleyhinə çıxsınlar. Həmin möminlər bunu da etmir axı. Məsələn, imamlar (ə) silahlı qiyam etməməsinə baxmayaraq zindanda olublar. Onlar zindana niyə düşüblər? Zalım rejimin məddahı olan, yaxud onların zülmü qarşısında susan hansı insanlar zindana məhkum ediliblər? Deməli, onlar zülm əleyhində susmayıblar, mütləq zülmü ifşa ediblər və buna görə həbs ediliblər. Nəhayət şəhadətə çatıblar.
İmam Rza (ə) ilə bağlı da mühüm bir nüans vardır. O da bundan ibarətdir ki, bəzi möminlər hakimiyyətin zülmləri qarşısında susur və deyirlər ki, İmam Rzanın (ə) hətta hökümətdə işləyən adamı (Əli ibn Yəqtin) var idi. Belə deməklə sanki belə bir fikir formalaşdırmağa çalışılır ki, bu gün biz də gedib hakimiyyətə təmsil edilə bilərik, burda nə var ki? Amma, dərd burasındadır ki, heç onu da edən yoxdur. Kimlərsə Əli ibn Yəqtin (r) kimi hakimiyyətdə təmsil edilə bilər. Amma, unutmayaq ki, bu iş o vaxt icazəlidir və İmam (ə) o şərtlə bu işi icazəli bilirdi ki, həmin şəxs hakimiyyətdə qalsın və şiələrin lehinə iş görsün. Nəinki zalım bir hakimiyyətdə təmsil edilsin və onun vasitəsiylə zülmü bir az daha çox etsinlər. Nəinki onun vasitəsiylə zalım rejim öz zülmlərinə dini don geyindirsin. Belə olan halda – zülmə ortaq olacağı halda – bir ləhzə belə zalım rejimdə təmsil edilmək düzgün deyil.

Hər bir halda unutmamalı olduğumuz bir həqiqət vardır: İmamların (ə) mövlud günlərini qeyd etdiyimiz kimi onların şəhadət günlərini də qeyd edirik. Onları şəhid edənlər isə lənətlik zalım hakimlər olub. Ona görə şəhid ediblər ki, əziz imamlar (ə) həmişə haqqı ifşa, zülmü məhkum ediblər.


250 بازدید
در حال ارسال اطلاعات...