Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyun 2021

Adı kimlərəsə görə bədnam olan Qumun və Nardaranın yetişdirdiyi şəhid

Bir dəfə də desinlər ki, Fazil Mustafanın, Zahid Orucun yetişdirdiyi kimsə şəhid olub

İnna lillahi və inna ileyhi raciun

İranda dini təhsil alan iki əziz tələbə - Maarif və Elməddin ikinci Qarabağ müharibəsində şəhid olandan sonra üçüncüsü də onlara əlavə edildi. Din dostlarının alnı açıqdır. Din düşmənləri isə xəcalət təri silməklə məşğuldur. Ailəsi, yaxınları, ümumiyyətlə tələbə, ruhani, şəhid, İmam Hüseyn (ə) qədri bilən hər kəs həm üzülür, həm də sevinir. Təbii ki, bu insanların üzüntüsü də, sevinci də məlumdur. Sevinci həm də ona görədir ki, Qum tələbəsini gözü götürməyən insanların qabağında inanc əhlinin başı bir daha ucaldı. Bu şəhidlər fiziki ölümlə, cismən ölməklə təkcə mələklərə doğru ucalmadı, həm də geridə tərk edib getdiyi ailəsinin, inanc əhlinin, bütün Qum tələbələrinin başını uca elədi.

Bəli, Qum Elmiyyə Hövzəsinin 23 yaşlı şəhidi Zeynal Şahhüseynov. 12 gün komada qaldıqdan sonra həyatını itirdi. Deməli, həm də qazi idi.

Qum Elmiyyə Hövzəsinin şəhid yetişdirməsi məlumdur. İranın Qum şəhərində yerləşən bu hövzədə həm zalım Rza şah əleyhinə ayaqlanan, qiyama qalxan, həm də Rza şahdan zalımlıqda heç də geriyə qalmayan Səddam əleyhinə 8 il (İraq-İran müharibəsində) vuruşan qeyrətli oğullar çıxmışdır. Sözümüzün canı budur ki, bu hövzənin şəhid yetişdirməsi, şəhadət hövzəsi olması şübhəsizdir. Sadəcə, bizim doğma məmləkətimizdə iş başında olan, hakimiyyətdə, deputatxanada təmsil olunan o qədər axmaq insan var ki, onlar elə bilir ki, Qum tələbəsi casusdur və İranın maraqlarından çıxış edən bir insandır.

Anlamaz insanlar illərdir Nardaranı az qala İranın bir kəndi hesab edirdilər. Halbuki əziz şəhidimiz kimlərsə tərəfindən adı bədnam olan Qumun Elmiyyə Hövzəsindən əlavə həm də bir başqa cür adı bədnam olan Nardaran mədrəsəsində təhsil almış bir tələbə idi.

İndi bütün Qum tələbələrinin haqqıdır ki, sual versin. Bütün fazilmustafalara, zahidoruclara sual ünvanlanmalıdır ki, haradadır sizin balalarınız? Niyə bir dəfə deyilmir ki, heç hərbi xidmətdə olmayan Zahid Orucun yetirməsi olan filankəs gedib Qarabağ uğrunda gedən döyüşlərdə yaralanmış əsgərlərin hərbi hospitalında könüllü olaraq yaralılara baxmaqla ilə məşğuldur. Niyə bir dəfə eşitmədik ki, Fazil Mustafanın yetirməsi olan kimsə gedib Qarabağda düşmənə daş atıb?

Bizim Qum tələbəsi olmayan, heç dindar olmayan amma eyni zamanda gedib Qarabağda savaşan, canından keçən, qazi olan vətəndaşlarımızın igidliyini sual altına aparmaq kimi bir fikrimiz yoxdur. Onların da içində mərd, qorxmaz, igid oğullar vardır. Məqsədimiz budur ki, Qum və Nardaranı casus yetişdirən bir yer kimi qələmə verən fazillər, zahidlər və onlar kimi səfeh fikirləriylə pak ruhaniləri, tələbələri ləkələməyə çalışanlar bütün günü mənasız danışmaq əvəzinə hünər göstərib bir şəhid yetirsinlər.

Yəqin ki, əziz şəhidimizin dəfnində çadralı, möminə insanları da – soisal şəbəkələrdən də olsa - görmüsünüz. Bu gün hicabı qadağan edilən, məscidə buraxılmayan insanlar yetişdirib şəhid Zeynalı. Çadraya, hicaba dil uzadan, məscidi min bir bəhanə ilə bağlayan xəstə zehniyyət utanıb ölüb yerə girsin.


273 بازدید
در حال ارسال اطلاعات...