İgidlər yetişdirən torpağın mərd oğullarına
Sözümüz ana vətənimizin, əziz vətən torpağının yetişdirdiyi mərd oğullaradır. Düşməndən torpaqları azad edən məscid əhlinin davamçılarına səslənirik. Alçaqlar, biqeyrətlər, qorxaqlar, yaltaqlar oxumasın!
Hamı bilir ki, münbit olmayan torpağa toxum səpmək əbəsdir. Yüz dəfə səpsən də xeyri yoxdur. Dünyanın ən güclü əkinçisini, professional toxumçusunu gətirsən də bütün elədikləri daşa dəyib özünə qayıdar. Toxumda problem yoxdur, əkinçi də birinci dərəcəlidir, amma məhsula ümid yoxdur. Çünki torpaq münbit deyil.
Söz qandırmaq da bu cürdür. Nə qədər ariflər, mərifət sahibləri, Allahın sadiq qulları nə qədər yoldan azmış qulları hidayət etməyə çalışıblar. Amma, alınmayıb. Başda peyğəmbərlər (ə) olmaqla bütün salehlərin bu işdə heç bir günahı yoxdur. Çünki onlar Allahın sözünü çatdıran insanlardır, çatdırdıqları söz də Allahın sözüdür. Geriyə qalır özünü qammazlığa vuran insanlar.
İlahi peyğəmbərlər (ə) əkinçi misalıdır, ilahi söz toxumdur, söz qəbul etməyən qammaz zümrə isə münbit olmayan torpağı əvəz edir.
Kiçik bir misal... İlahiyyatçı, dindar... deyir ki, məscidlərdə məlum qayda-qanunların tətbiq edilməsi ayrıseçkilik salmaqdır. Nəyə görə hansısa əxlaqsızların konsertlərində heç bir qadağa olmadığı halda, Formula 1 yarışlarında, futbol çempionatlarının oyunlarında heç bir məhrumiyyət olmadığı halda ancaq məscidlərdə sərsəm qaydalar çıxarırsınız. Bu sözdə və onu deyən dindarda, ruhanidə heç bir problem yoxdur. Sadəcə müxatəb axmaq, səfeh adamdır. Doğrudan da bu cür insanlar öz başlarını həkimə göstərməlidir. Dini bəhslərdə qeyd olunur ki, insanlar o qədər Allaha qarşı zülm və haqsızlıq edərlər ki, Allah onların ağıllarını başlarından alar. Bu möhtavada bir çox mübarək bəhslərə rast gələrsiniz. İndi özünüz müqayisə edin ki, konsertlərdə qadağa qoymayan axmaq və səfeh insanlar məscidlərdə qadağalar qoyursa, bu cür adamları belə bir ayrıseçkiliyin düzgün olmadığını deyən ağıl sahibləriylə bir tərəziyə qoyub hər ikisini cəmiyyətə buraxmaq ağıl işidirmi? Ağıl sahibləri inciməzlərmi?
Əziz igidlər yetişdirən torpağın mərd oğulları!
Bəs yaxşı, torpaq münbit olmadıqda nə etməli? Əkinçilər bu kimi hallarda həmin torpaqlara toxum səpmək barədə düşünmürlər. Başqa sözlə desək artıq söz deməkdən keçib. İş əməli şəkildə bir iş görmək mərhələsinə çatıb. Artıq, insanlar mümkün qədər etirazlar etməlidir. Elə birincisi zalım rejimin bütün axmaqlıqlarını, şeytani işləri ilahi vəhy kimi qələmə verən, rejim əlaltısı olan QMİ-nin önündə etirazlar edilməlidir. Özü də bu iş – iş-işdən keçmədən, isti-isti edilməlidir. Yoxsa bundan daha axmaq, daha iyrənc, daha ləyaqətsiz qaydalar çıxaracaqlar.