Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2021

İmam Xomeyni və dünya məzlumları

Hər bir millət – dinindən, irqindən, milliyyətindən asılı olmayaraq – özünün İmam Xomeyni (r) kimi bir rəhbərinin olmasını arzu edər. Elə bir rəhbər, elə bir dövlət böyüyü ki, buyurur ki, biz təkcə İran xalqının deyil, bütün dünya müsəlmanlarının, bütövlükdə hər bir məzlumun himayədarıyıq. Bütün dünya məzlumları İranı öz doğma vətəni hesab edə bilər.

İran İslam Respublikası olmazdan qabaq, şah zamanında bataqlığa qərq olmuşdu. Dünya imperializminin nökərinə çevrilmiş Rza Şahı hakimiyyətə gətirənlər onun atası Rza xanı vəzifədən atıb onu onun yerinə şah təyin etmişdilər. İmam Xomeyni (r) hətta, Rza şahı da ayıldırdı. Ona hər fürsətdə başa salırdı ki, səni himayə edənlər bir vaxtlar atanı da himayə edirdi, amma vaxtı bitdikdən sonra istifadə olunmuş lazımsız bir əşya kimi atdılar getdi. Gün gələcək, səni də yaxşıca sağdıqdan sonra, İranın yeraltı, yerüstü sərvətlərini taladıqdan sonra atacaqlar, gedəcəksən. Elə bu cür də oldu. Bütün günü İran sərvətlərini ABŞ hakimiyyəti üçün daşıyan Rza şahın əleyhinə məzlum İran xalqı bütöv bir şəkildə ayağa qalxdıqdan sonra ABŞ da onu himayə edə bilmədi. Çünki o zamana qədər Rza şahdan qopardıqlarını qoparmışdılar, düşünürdülər ki, bundan sonra onu - əzəmətli İran xalqının qarşısında müdafiə etməyin də yeri yoxdur, nəhayətdə şahdan imtina etdilər.

İranda İslam İnqilabı qələbə çalandan sonra, hətta bu günümüzə qədər də İranın məzlumların yanında olduğunu görürük. Misal üçün elə bu günlərdə sionist İsrail rejimi üzərində qələbə çalan İslami cihad və müqavimət hərəkatlarını İran İnqilabı himayə edir. İmam Xomeyni (r) amerikalıları və sionist israil tör-töküntülərini İrandan qovduqdan sonra ilk fəaliyyətlərindən biri də Fələstinin azadlığı ilə bağlı idi. Dünya məzlumlarını qoruyacağını söz verən, məzlumlara arxa-dayaq olmağı öz dövlətinin rəmzi hesab edən İmam Xomeyni (r) hətta, mübarək Ramazan ayının son Cümə gününü Beynəlxalq Qüds Günü elan etdi. O gündən bu günümüzə qədər dünyada bütün haqsevər müsəlmanlar fələstinliləri müdafiə məqsədi ilə o gün etirazlar edir, küçələrdə aksiyalar keçirir və sionist itlərini məhkum edirlər.

Bundan başqa İraqda, Suriyada, son illər Yəməndə zülmə məruz qalan məzlumların İran İnqilabı tərəfindən himayə edildiyini görürük. Məhz, İran İnqilabının göndərdiyi silahlar, raketlər və s. yardımlar vasitəsilə İslami müqavimət hərəkatları ayaqda qalmaqda, davam etməkdə və düşmənlərin gözünə ox kimi batmaqdadır.

Bütün bunlardan əlavə sionistlərin və onların qanunsuz atası olan ABŞ-ın da bunu açıq-aydın etiraf etdiyinin şahidi oluruq. Dəfələr sionistlər deyib ki, bizim üçün İran, Ayətullah Xamenei maneədir. Hər dəfə ABŞ-da kimlərsə prezident olanda bildiriblər ki, İranı aradan aparacağıq, amma Allahın izniylə istəkləri hər dəfə ürəklərində qalıb.

Nəyə görə bunlar İranın varlığından narahatdır? Ona görə ki, onların qalib ola bilmədikləri İslam müqavimət hərəkatları İranın vasitəsilə ayaqda qalmaqdadır. Ona görə də gözəl bilirlər ki, İranı aradan apara bilmədikcə nəinki bu müqavimət hərəkatları ilə bacara bilməyəcəklər, üstəlik yeni-yeni hərəkatların da şahidi olacaqlar.

Hizbullahla bacara bilmədikləri halda İraqda, Suriyada, Yəməndə müqavimət hərəkatları ərsəyə gəldi və ABŞ başda olmaqla əlaltısı olan İsrail, Ərəbistan və s. zalım rejimlər üçün qorxulu kabusa çevrildilər.
Bu günlər İmam Xomeyninin (r) vəfatının ildönümü günləridir. Belə bir əzəmətli bir şəxs təkcə mərasimlər keçirib anmaqla deyil, onun ideallarını, amallarını, arzularını yaşatmaqla, gerçəkləşdirməklə hər bir məzlum özünün insaniyyət borcunu ödəməyə çalışmalıdır. Bu cür əzəmətli bir şəxs haqqında çox danışmaq olar. Amma, bu əzəməti hiss etmək, duymaq daha mühüm məsələdir.


303 بازدید
در حال ارسال اطلاعات...