Şrift ölçüsü:
A+
A
A-
Kr
31 May 2021

Sionist “səfirinin” sərsəmləməsi və xaricdən sərt, daxildən mülayim olmaq söhbəti

HƏMASA, ümumilikdə müqavimət hərəkatlarına məğlub olmuş sionistlərin ölkəmizdəki qondarma səfiri ADR-nın qurulması münasibəti ilə Azərbaycanı güya təbrik edib. Əlbəttə, hər bir vicdan daşıyıcısına görə bu adam sıradan bir sionistdir, sionist rejimin təmsilçisidir. Onu səfir hesab etmək düzgün deyil. Çünki bunların qondardıqları və dövlət adı verdikləıri əslində adi bir rejimdən başqa bir şey deyil. Hər bir vicdanlı insan bunların müsəlman uşaqlarının qanı üzərində qondardıqları dövləti dövlət hesab etməməlidir. Bu, öz yerində.

Alçaqlar hələ bir durub bizi təbrik də edirlər. Bu cür insanların Azərbaycanda var olması bütöv müsəlmanlar, xüsusilə Azərbaycan xalqı üçün təhqirdir. Üstə gəl, bu cür bir qaniçən sionist səfirin məhz ADR-in qurulması münasibətilə Azərbaycanı təbrik etməsi lap pisdir. Ona görə ki, ADR iki ildən az yaşasa da, müsəlman dünyasında ilk dövlət idi ki, müstəmləkədən azad oldu və “insanlara, xalqlara hürriyyət verilməlidir” şüarı ilə çıxış etdi. Bu gün Azərbaycanda avtoritar, diktator bir hakimiyyətin əvəzinə həmin dövlət olsaydı sionsitləri çoxdan məhkum etmişdi. ADR – Azərbaycan Demokratik Respublikası idi, sionistlər isə demokratiya, azadlıq, hürriyyət nədir anlamayan ünsürlərdir. Qondarıldıqları gündən bu vaxta qədər fələstinlilərin torpaqlarını işğal ediblər, ildən – ilə də bu işğalçılıq siyasətini daha da dərinləşdirir, mümkün qədər öz “dövlətlərinin” ərazilərini genişləndirir, Fələstin torpaqlarını işğal edirlər.

İkinci məsələ budur ki, Azərbaycan tərəfi Qarabağ müharibəsini qələbə ilə başa vurub. Amma, sionistlər HƏMASA və digər müqavimət hərəkatlarına unudulmaz bir şəkildə, rüsvayçı bir formada məğlub olmaqla tarixə düşüblər. Əslində, sionsitlər gedib özləri ilə eyni mahiyyətdə olan erməni qaniçənlərinin məğlub olmaları münasibətilə qəmlənməli, onların hüznünə şərik olmalıdırlar.

Üçüncü məsələ sionist “səfirin” təbrik edərkən işlətdiyi cümlə ilə bağlıdır. Sionist “səfir” sərsəmləyərək deyib ki, İsrail kimi Azərbaycan da xaricdən sərt görünsə də, daxildən mülayim və mehribandır. Adamlar müqavimət cəbhəsindən necə zərbə alıblarsa hələ bu məğlubiyyətin acısını yaşamaqdadırlar. Elə buna görə məğlub olmuş zümrənin psixologiyasına uyğun olaraq “biz məğlub olmamışıq” fikriylə cığallıq etməyə çalışırlar. Sizin sərt olmağınızı bir neçə günlük islami müqavimət hərəkatları ilə olan müharibədə gördük. Sərtliyiniz ölkəniz xaraba qalanda, 12 gün zirzəmilərdə yaşamağın çətin olduğunu görəndən sonra sülhə razı olmağınızdan bilinir. Daxildən mülayim və mehriban olmaq fikrini ortalığa atmaqla sionsit səfir növbəti dəfə də məğlub olduqlarını isbatlayıb. Çünki, başqa bir sıra dövlətlər kimi sionist rejim də Azərbaycan hakimiyyətini bütün avtoritarlığına baxmayaraq dəstəkləyir. Əgər, daxildən mülayim və mehriban olmaq söhbəti ilə sionist “səfir” hakimiyyətin xalqla olan münasibət və rəftarını nəzərdə tutursa, görünür ki, “səfirin” ölkəmizdə heç nədən xəbəri yoxdur. Adam, əbəs yerə səfir adına rejimin büdcəsindən yemlənir. Ya da onun mülayimlik və mehribançılıqdan qandığı qrafa ancaq budur. Çünki onlara Azəbaycan hakimiyyətinin ruhaniləri həbs etməsi, azadlığı boğması, bütün demokratik institutları ölkədə məhv eləməsi, xalqı səfalət içində yaşatması daha çox sionist rejimə sərf edir. Buna görə də danışdıqları sərsəmləməkdən başqa bir şey deyil.

Bunlar dəfələrlə Azərbaycanın yanında olduqlarını bildiriblər. İndi isə Azərbaycan igidləri Qarabağı azad etdiyi və özləri də məğlub olduqları üçün istəyirlər öz aradan getmiş etibarlarını bir daha bərpa etsinlər.


322 بازدید
در حال ارسال اطلاعات...