Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2021

Bizim pantürklər Ərdoğan – Davudoğlu davasında niyə Ərdoğanı seçir?

Bir vaxtlar əlbir olub Türkiyəni daha çox ABŞ və sionizm asılısı halına gətirən Ərdoğan və Davudoğlu (prezident və baş nazir) cütlüyü artıq dağılıb. Bütün günü artıq adamlar bir-birinin dalısıyca mavi ekranlarda danışır. Bir yandan dünyaya demokratiya dərsi verirlər, xüsusilə də Azərbaycan kimi avtoritar və diktatura ilə idarə edilən rejimlərə göstərirlər ki, baxın, bizim Türkiyəmizdə demokratiya var. Bir vaxtlar baş nazir olsa da, hazırda sıravi bir partiya başkanı rahat bir şəkildə prezidenti mavi ekranlardan “xain” belə hesab edə bilir. Bu cür hallar Azərbaycanda olsa-olsa bir dəfə, o da çarəsizlikdən prezident seçkilərinin debatlarında ola bilir. O da necə? Prezidentin – debat zalındakı ümumi vəkillərindən (saxta müxalifət) əlavə bir də xüsusi vəkili gəlir, üzünün suyu debat zalının bütün çirkabını tam olaraq yuya bilməsə də bir həddə yuyub təmizləyir.

Keçək mətləbə. Məqsəd burada iki ölkə arasında demokratiya müqayisəsi aparmaq deyil. Məqsəd budur ki, niyə bizim pantürklər Ərdoğan – Davudoğlu boğuşmasında Ərdoğanın tərəfini tuturlar? Məgər, Davudoğlu ermənidir? Paşinyanın qardaşı zadı deyil ki? O da türkdür. Siz də türk. Bəs niyə iki türkün savaşında siz məhz Ərdoğanı seçirsiniz? Cavab çox sadədir. Ona görə ki, bu pantürklər üçün mühüm olan dalaşan tərəflərin türk olmasıdır. Türkə qarşı kim gələrsə bütün pantürklər tökülüşürlər həmin adamın üstünə, mümkün qədər onu erməni, fars çıxarmağa çalışırlar. Çünki onlara görə fars da, erməni də türkün düşmənidir. (Bir maşalar sözü də uydurublar: fars, rus, erməni, bunlar türkün düşməni) Bu adam (türklə dalaşan) “böyük ehtimalla” atası fars anası erməni çıxacaq. Amma, hər ikisi (dalaşanlardan) türk çıxdısa baxırlar görsünlər ki, bunların hansı güc sahibidir. Misal üçün Ərdoğan-Davudoğlu davasında Ərdoğan dövlət başçısıdırsa Davudoğlu sadəcə sıradan bir partiyanın başçısıdır. Pantürklərin güc sahibini seçmələri, onun arxasında gizlənmələri də onların mövcud olduqları ölkədə rahat bir şəkildə İranın, İslamın əleyhinə fəaliyyət apara bilmələrinə görədir. Deməli, əslində məqsəd türkçülük deyil. Məqsəd budur ki, İranı ordan-burdan, sağdan-soldan vurmağa çalışsınlar. Əsil məqsəd İsrailə işləmək, ABŞ-ın fitnə dəyirmanına su tökməkdir. Əlbəttə, məqsədimiz bütün türklər deyil. Türklər arasında ağıllı, imanlı, dürüst insanlar, insaniyyəti olan şəxslər milyonlarladır. Hamısına tək-tək hörmət edir, Allahdan onlar üçün müvəffəqiyyət diləyirik. Məqsədimiz türkçülük adı altında abşçılıq və israilçilik təbliğatı aparan ünsürlərdir. Misal üçün bizim Azərbaycanımızda da bütün günü İran əleyhinə adı çəkilən dövlətdəki türklərlə “dost olanlar” vardır. Bütün günü İranın əleyhinə yazırlar. Onlar Azərbaycanda Azərbaycan hakimiyyətinə, Türkiyədə də Türkiyə prezidentinə ona görə rahat şəkildə yaltaqlanırlar ki, istəyirlər ölkədə amanda və asayişdə qalıb İsraildən aldıqları tulapayları hesabına yaşasınlar. Başı aşağı, üzü qara olsalar da olar.


350 بازدید
در حال ارسال اطلاعات...