Şrift ölçüsü:
A+
A
A-
Kr
16 May 2021

Sionist mediası olan Axar saytı öz axarı ilə yenə müsəlmanların əleyhinə axır

Azərbaycanda sionistlərə İsrailə işləyən, sionistlərin ölkəmizdəki təsir agenti olan Axar saytı yenə öz ampulasındadır, yenə öz axarı ilə müsəlmanların, İslam ümmətinin əleyhinə axmaqdadır. Sayt rəhbərliyi bir vaxtlar Heydər Əliyev əleyhinə təhqiramiz yazılarla çıxışlar edirdi. Sonra bütün demokratik institutların ölkəmizdə dağıdıldığını gördülər, haqqı deyənlərin ölkədə repressiyaya məruz qaldıqlarını anladılar, amma bununla belə yenə də boş oturmadılar. Üz tutdular sionist İsrailə tərəf. İsrail səfirliyi də bunları yaxşıca yemlədi ki, əldən çıxmasınlar. Qələmlərinin mürəkkəbi qurumasın, boş oturmaqdansa götürüb dövlətə yaltaqlana-yaltaqlana sionistlərin Azərbaycandakı təsir agentləri olsunlar.

Bunların saytında bir yandan hakimiyyətin GÖZÜNƏ GİRMƏ kompaniyası davam edir, prezident ailəsinin Şuşada olmasından yazırlar, digər tərəfdən də andıra qalmış saytlarında Həmas, Fələstin əleyhinə yazılar gedir. Bütün dünya, hətta yaltaqlandıqları, GÖZÜNƏ GİRDİKLƏRİ Türkiyə belə sionist İsrailin Fələstinə olan zülmündən danışdığı halda bunların öz saytlarında dərc etdikləri xəbərə baxın: “HƏMAS-ın “İzəddin əl-Kassam briqadası" İsraildə yerləşən kimya zavoduna zərbə endirib. Məlumata görə, Nir-Oz rayonunda yerləşən zavoda PUA vasitəsilə hücum edilib. Bununla yanaşı, İsrail ordusundan bildirilib ki, bu gün Dəmir Qübbə sistemi tərəfindən Qəzza zolağından uçan PUA zərərsizləşdirilib. “İzəddin əl-Kassam briqadası" İsrailin Beer-Şeva şəhərinə raket zərbələri endirdiyini elan edib. “Saut Əl Əqsa” radiosunun məlumatına görə, raketlər İsral ordusunun Qəzzaya zərbələrinə cavab olaraq endirilib. Daha sonra İsrailin cənubunda yerləşən Netivot, Aşkelon və Aşdod şəhərlərinə də raket zərbələrinin endirildiyi bildirilib.”

Bu alçaqların Şuşanın, Qarabağın azadlığına (?!) sevinməsi də saxtakarlıqdan başqa bir şey deyil. Çünki bunlar insanlıqlarını itirmiş zümrədir. Fələstində südəmərlərin başına bombalar yağdıran qaniçən bir rejimi bunlar əzilmiş, haqqı tapdalanmış dövlət kimi qələmə verirlər, bunların Qarabağda süngülənmiş uşaqlar üçün ürəklərimi yanacaq? Ümumiyyətlə, bunlarda ürək deyilən bir şey varmı? Bunlar ancaq qorxduqları insanların GÖZÜNƏ GİRMƏYİ bacarırlar. Bu cür ünsürlər üçün mübarizə aparmaq bəyənilən iş deyil. Bunlar GÖZƏGİRƏNLİYƏ adət ediblər, ona görə də əyilməyən, mübarizə aparan xalqları gözləri götürmür. Bunlar İsrail zülmlərini işıqlandırmır, Qarabağda zülmə məruz qalan Azərbaycan xalqı barədə bir gilə göz yaşı töksələr də saxta göz yaşları olduğu məlum olur.

Halbuki Azərbaycan dövləti də öz mövqeyini bəlli edərək bildirib ki, İsrailin Qüdsü paytaxt etmək istəməsi ilə razı deyil. Bu alçaq zümrə isə bir yandan özünü dövlətin yanında göstərməyə çalışır, digər yandan da dövlətin rəsmi mövqeyinin ziddinə addım ataraq sionistləri haqqı tapdanmış, əzilmiş xalq kimi göstərməyə çalışır. Çünki əslində bunların məqsədi İsrailin təsir agenti olub İranın dost-qardaş ölkəsi olan Azərbaycanda anti-İran təbliğatı aparmaqdır.

Bu xəbəri dərc etdikləri vaxtda da diqqət dağıtmaq üçün Şuşadakı konsert və Fransa prezidentinin erməni baş naziri ilə olan əlaqələrindən yazırlar. Sanki camaat bunların hiyləsinə aldanacaq və alçaqlıqları bu cür gizli qalacaq.


245 بازدید
در حال ارسال اطلاعات...