Şrift ölçüsü:
A+
A
A-
Kr
11 May 2021

Alçaqlıq, xəyanət ucbatından bağlanan xarabanın (MTN) keçmiş üzvü İlham İsmayıl müsəlman xalqımıza din öyədir?

Məlum olduğu kimi May ayının 4-də dini etiqad azadlığı ilə bağlı qanuna dəyişiklik edilib. Özündən xəbərsiz, təyinatla, saxtakarlıqla gedib deputatxanada oturan bir dəstə dılğır güya dini-etiqad azadlığını sərt şəkildə məhdudlaşdırmaq istəyir. Bunların başqa bir tayı olan – Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl isə dindar xalqımıza din dərsi öyrətməyə qalxır. Bu insan deyir ki, insanlar heç vaxt gəlib valideynlərin onları dini məsələlərə məcbur etməsi barədə dövlətə şikayət etməyəcək, gərək qanun sərtləşdirilsin. Sanki dəlinin yadına daş salır, bütün günü deputatxanada xoruldayan təyinatlı deputatlara öyrədir ki, qanunu mütləq sərtləşdirin. İlham İsmayıl deyir ki, uşaqları dindarlığa yönəltmək, qızları on beş yaşına qədər məcbur edib hicab bağlatdırmaq qadağan olunmalıdır. Xüsusilə də deyir ki, yaş həddi göstərilməlidir. Göstərilməsə mümkün olmayacaq. Özü də yaş həddi kimi 15 yaş göstərir. Deməli, Allah Təala qız uşaqları üçün 9 yaş hədd təyin edib, özünü Allahdan elmli hesab edən İlham İsmayıl deyir ki, on beş yaşına qədər qız uşaqlarının hicab bağlaması qadağan edilsin. Adam oğlan uşağı ilə qız uşağının yaş (büluğ) həddini səhv salıb.

Kimdir əslində bu İlham İsmayıl? Keçmiş MTN zabiti. Həmin MTN ki, Azərbaycanda bir nömrəli təhlükə yuvası olduğu üçün ləğv edildi. Başçıları işdən azad edildi, yüksək rütbəli zabitinin fırıldaqları ortalığa çıxdı. Azərbaycanın fitnə yuvasında illərdir işləmiş bir adam indi gəlib dindar ailələrə göstəriş verir.

Azərbaycanın bədbəxtçiliyi budur ki, bir işə yaramadıqları üçün buraxılan deputatxana, MTN adamları gəlib dindar xalqa ağıl öyrədir. Siz öz işinizi düzgün yerinə yetirə bilmir, xalqı soyub talayır, şantajla-montajla, seçkiləri saxtalaşdırmaqla ayaqda qalmağa çalışırdınız. Siz öz vəzifənizi şərfsizcsinə yerinə yetirdiyiniz halda xalqa nə dərs öyrədirsiniz?


323 بازدید
در حال ارسال اطلاعات...