Şrift ölçüsü:
A+
A
A-
Kr
07 May 2021

Allahın mübarək ayında Sovet repressiyası

Əziz ruhanimiz Hacı İlham Əliyevin həbsinə susmayaq!

Çox təəssüflər olsun ki, mübarək bir ayda – Ramazan ayında – ölkəmizin dəyərli ruhanilərindən, ağzı oruclu insanlarından, Ramazan övladlarından biri də həbs edildi. Bu insanlarda doğrudan da Allah qorxusu deyilən bir şey qalmayıb. İslam partiyasının sədrini həbs etmələri azmış kimi, mübarək bir ayda bir də durub sədr əvəzi olan Hacı İlham Əliyevi həbs ediblər.

Bunların görünür yenə İslam dini, müsəlman xalq əleyhinə sionistcəsinə planları var, şeytani fikirləri meydana çıxıb ki, müqəddimə kimi haqqı izhar edən ruhaniləri həbs edirlər. Təbii ki, məqsədləri aydındır. Zatən “paraşa” buraxıblar ki, hicab, çadra 15 yaşına qədər qadağan edilsin, məktəblərdə yığışdırılsın, uşaqlar – valideynləri onları dini ayinləri icra etməyə “məcbur edəndə” gəlib dövlətə ata-analarından “şikayət eləsinlər.” Bilirlər ki, ölkədə dindarlar, inanc əhli etiraz edəcək, etiraz edənlərin önündə də ruhanilər olduğu üçün başlayırlar ruhaniləri bir-bir aradan götürməyə.

Görünür, bunlara Qarabağ müharibəsində “Ya Hüseyn” şüarlarıyla Qarabağı alan mömin, imanlı, hüseynçi aslanlar dərs verə bilməyib. Görünür, həmin hüseynçilər bu alçaqların özlərini Azərbaycan torpaqlarından qovmalı və Azərbaycanı bu cür daxili ermənilərdən, ermənidən betər insanlardan silib təmizləməlidir. Əks halda daha çox ruhaniləri həbs etməyə bu alçaqlar cürət edəcəklər.

Bəzi insanlar da bu alçaqlara inanırdı, düşünürdü ki, artıq islahatlara gediləcək, həqiqi islahatlar aparılacaq. Çünki ilk baxışdan qoca məmurlar cavanlarla əvəzləndi, güya zooparkda, sirkdə təyinatla oturan deputatlar buraxıldı və başqa işlər görüldü... Bütün bunlarla da xalqın gözündən pərdə asmağı bacardılar.
Görəsən, QMİ rəhbərliyi, ölkə rəhbərliyi hansı üzlə çıxıb xalqı müqəddəs Ramazan bayramı münasibətilə təbrik edəcəklər. Allahın oruc insanını, ruhanisini həbs edib 16 il iş veriblər.

Bu cümlələri diqqətlə oxuyun: “Hökmə əsasən, ruhani Hacı İlham Əliyev 16 il, onunla birlikdə həbs edilən Mehman Rzayev isə 14 il müddətinə azadlıqdan məhrum edilib.” Deyək ki, Azərbaycanda məhkəmələr sifarişlidir, ədalətdən əsər-əlamət yoxdur, haqsızlıq tüğyan edir. Deyək ki, alçaq insanların vicdanı yoxdur, qəlbi daşdır, bu cümlələri oxuyanda ölüb yerə girmirlər, bəs yaxşı insanlara nə gəlib? Nə əcəb insanlar bu cür cümlələri eşitməyə artıq adət edib? Nə əcəb hamı oturub gözləyir ki, onların da qapılarını döysünlər, sonra çıxıb etiraz etsinlər? Bu xalq daha hansı cümlələri eşitmək istəyir ki, zalımlara, ruhani repressiyalarını həyata keçirən insanlara layiqli dərs versinlər. Bu insanlar nə vaxt düzələcək?


284 بازدید
در حال ارسال اطلاعات...