Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Aprel 2021

Bəs qansızlar necə rüşvət alır?

Ramiz Mehdiyevin idarəsində təzə atalar sözü

Qansız məmurların bədənlərində qan olsun, damarlarında qan dövran etsin deyə xalqın qanını içdikləri ölkəmizdə Fövqəladə Hallar Naziri fövqəladə söhbət eləyib. Nazir rəhbərlik etdiyi qurumun Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayevin həbsinə münasibət bildirərkən maraqlı söhbət edib. Deyir ki, o, bizim işçimiz deyil. Həbs edilən Baş həkim və əməkdaşları TƏBİB-lə müqavilə əsasında işləyib. Bizdə pul nə gəzir ki, onları maliyyələşdirək? Həmin Modul Tipli Hospitalı dövlət maliyyələşdirir.

Yox, burada “pul bir sizdədir, bir də ingilisdə” misalı üzərində söhbəti qurmaq istəmirik. Bu sözün bu gün etibarı yoxdur. O söz köhnə azərbaycanlıların sözü idi. İndiki Azərbaycanda bu söz işləmir. Çünki ingilisdə də heç bunlarda olan qədər pul yoxdur. Bir də ona görə ki, doğrudan da FHN-də pul hardandır.
Biz ki, gedib FHN nazirinin malını – mülkünü videoya çəkməmişik, saytlarda dərc etməmişik ki, durub özümüzdən nəsə yazaq. Amma, Azərbaycanda yazılmayan bir qanun vardır ki, nazirliklər kasıb olur, nazirlər varlı. Büdcə sən demə nazirlikdə yox, nazirlərin evlərində və ya ciblərində qalır. Biz tələsən də deyilik. Onsuz da gözəl xalqımızın heç vecinə də deyil. Təkcə sosial şəbəkələrdə bu cür insanları “yalançının... lənət” sözləri ilə zinətləndirir, başqa da iş görmür. Çıxıb etiraz etmək, haqtələblik bizim camaatımıza yad məfhumlardır.

Biz də gözləyirik. Bizə də maraqlıdır ki, doğrudan da özünə imperatorluq qurmuş bu insanın pulu var, yoxsa yox. Amma, gözləyərkən də heç bir iş görmürük. Əlimizi əlimizin üstünə qoyub gözləyirik. Onsuz da gec-tez akulaların toqquşmalarında, klanların boğuşmalarında, nə bilim e, hakimiyyətlərin ötürülməsi macəralarında DTX basacaq, rüşvət filan məsələləri ortalığa çıxacaq. Məlum olacaq ki, illərdir postunda olduğu müddət ərzində nə soyğunçuluqlar edib.

Hələ fövqəlnazirin bundan daha maraqlı bir sözü var. O deyir ki, korrupsiya elə bir şeydir ki, gənc, yaşlı tanımır, kimin qanında varsa o işlə məşğul olur. Düz deyir, korrupsiya cavana-yaşlıya baxmır. Baş həkim İmran Ağayev cavan adamdır, Kəmaləddin müəllim isə qoca kişidir, 60 yaşı var. (Kəmaləddin müəllimin bu sözünü DTX əməkdaşları indidən dəlil kimi ağıllarının bir köşəsində qeyd eləsinlər.)

Amma, burada Kamaləddin müəllimdən bir sual soruşmaq lazımdır. Heyif ki, jurnalistlər bu cür suallar ünvanlamır. O boyda yolu basa-basa gedir, yaxud zəng vurub rüşvətdən-zaddan danışırlar. Kəmaləddin müəllim də utanır desin ki, əşşi bizdə pul hardandır.

Rüşvət haqqında sual verməkdənsə soruşmaq lazım idi ki, əgər, korrupsiya yaşa yox, qana baxırsa onda bəs qansız məmurlar necə olacaq. Onların ümumiyyətlə qanı yoxdur. Korrupsiya da qanda olduğu üçün qansız məmurda deməli qayda üzrə korrupsiya olmamalıdır. Yoxdursa bəs niyə onlara “qansız” deyirlər. Deyək ki, deyilənlər də - Tağı müəllim demişkən ordan-burdan cızıldayan jurnalistlərin 40 il yeməyib-içməyib, xumusunu verməyib MTN-şik Akif Çovdarov üçün milyonlar yığan Tağı müəllim kimi saf insanlar haqqında yalan-palan yazdıqlarıdır, bəs axı xalqın qanının içildiyini də görürük.

Bundan sonra AMEA-nın dilçilərinə demək lazımdır ki, “ağıl yaşda deyil, başdadır” atalar sözünün yanında yeni bir atalar sözü düzəltsinlər: “Korrupsiya yaşda deyil, qandadır.”
Amma, o da olmaz. Çünki AMEA-nın başında sirkə və zooparka pul alıb deputat oturdan Ramiz əkə dayanıb. AMEA-nın dilçilərinin dilini kökündən çıxararlar. Deməli, işimiz xarabdır. Elm adamlarının da başına korrupsiyanın başı gəlirsə millətin matəmidir. Budur həqiqi matəm günü.


154 بازدید
در حال ارسال اطلاعات...