Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Aprel 2021

Terrorçu, xəbis vəhhabi höküməti üçün Allahın yox, ABŞ-ın razılığı mühümdür

Sionist rejimin İran qorxusu...

Mübarək Ramazan ayının gəlişi münasibəti ilə dünya müsəlmanlarını təbrik edirik. Allah-Təaladan bir arzumuz da budur ki, elə mübarək ayın duasında buyurulduğu kimi bütün müsəlmanların işlərində fəsad törədənləri islah etsin...

İslam alimlərindən biri buyurur ki, mübarək Ramazan ayında iftar edərkən tələsməyin, əvvəlcə iftar duasını oxuyun, sonra bu duanı da etməyi unutmayın: İlahi, İmam Zaman (ə) ağanın zühurunu təcil elə, dünyada O Həzrətə (ə) və bütün müsəlmanlara zülm edən, müsəlmanların əleyhinə planlar quran hər kəsin qurduğu planları öz başlarına çırp! Biz də bu duaya “amin” deyirik.

Zülmə məruz qalan müsəlmanlar arasında məzlum Yəmən xalqı xüsusi şəkildə qeyd edilməlidir. Zülm edən zümrənin başında isə ABŞ, İsrail nökəri olan, xəbis-terrorçu vəhhabi höküməti dayanır. Belə ki, mübarək Ramazan ayının elə birinci günü xəbis Ali Səud höküməti yəmənlilərə hücum edib. Xəbərdə deyilir: ““Əl-Məsirə” telekanalı bildirib ki, cinayətkar Ərəbistanın Rəqu bölgəsini bombalaması nəticəsində 2 uşaq həlak olub. Habelə, 2-si qadın olmaqla 4 nəfər yaralanıb.”

Biz müsəlmanlar gərək mübarək Ramazan ayında dualar edərkən xəbis vəhhabi höküməti, terrorçu Ali Səudun da tezliklə məhv olmasını arzulayaq. Çünki bu qaniçən rejim yarandığı gündən bu günə qədər müslmanlara qənim kəsilən ABŞ, İsrail, İngiltərə quldurlarının planlarını həyata keçirir. Müsəlman libası altında müsəlmanların qanını axıdır. Özlərini hərəmeynin (müqəddəs Məkkə və Mədinə) xadimi adlandırırlar, əslində isə ABŞ və İsrailin xadimliyini layiqli şəkildə yerinə yetirirlər.

Bildiyimiz kimi mübarək Ramazan ayının son Cümə günü Beynəlxalq Qüds günüdür. Həmin gün xüsusi olaraq sionist rejimin əleyhinə etirazların edilməsinə baxmayaraq, ümumi formada fürsət ələ düşdükcə hər zaman bu cür xəbis rejimlərin məhvini Allahdan istəməli, əməli olaraq da bunu mümkün etməyə çalışmalıyıq.

Bütün dünya müsəlmanları xəbis, terrorçu Ali Səud hökümətinə etiraz etməli, bu xəbis ailənin yuxusuna haram qatmalıdır. Bəli, Yəmən xalqı, Yəmən qüvvələri Ali Səudla mübarizə aparır, müqavimət göstərir, amma bütün müsəlman ölkələri, müsəlman dövlətləri bu xəbis ailəyə göz dağı verməlidir.

Bu iş heç də çətin deyil. Misal üçün yəmənli müqavimətçilərə bacardığı qədər köməkliyini əsirgəməyən İran İslam Respublikası sionist rejimin yuxusuna haram qatıb. ABŞ-a intiqam zərbəsi vurmaqdan çəkinməyən İİR həqiqətən də sionist rejimi qorxuya salıb. Xəbərdə deyilir: “Sionist rejimin sabiq baş naziri Ehud Olmert Nətənzdə baş verən son hadisəyə görə məsuliyyəti qəbul etməkdən çəkinərək, İslam Respublikasının rəsmilərinin İsrail rejimindən intiqam almaq təhdidlərindən narahat olduğunu söyləyib.” Xəbər saytı sionist rejimin sabiq baş nazirinin haqqında belə deyir: “Olmert göründüyü kimi sionist rejimin İran təhdidindən qorxmadığını iddia etsə də, bununla bağlı bəzi narahatlıqlarını dilə gətirib: “Bunlar (təhdidlər) bizi həqiqətən qorxutmur. Biz İrandan çox qorxmuruq... Düşünmürəm ki, İsrailin (sionist rejim) qorxması üçün bir səbəbi var, amma bu sərt açıqlamalar, bu hədələr lazımsızdır və heç kim üçün faydalı deyil”.

Sionist rejimin keçmiş baş nazirinin isə əslində qorxuya düşməsi açıq-aşkardır, hər nə qədər bunu biruzə verməməyə çalışsa da qorxusu onu təlaşa salıb. Bunun ən bariz nümunəsi onun İran əleyhinə ABŞ-a sığınmasıdır. Sayt yazır: “İsrail rejimin sabiq rəsmisi, ABŞ-ın prezidentinin İsrail rejiminin təhlükəsizliyini düşünəcəyindən əmin olduğunu söyləyərək, Bayden rəhbərliyini İsrail rejiminin təhlükəsizliyini təmin etməyə dəvət edib. “Onun (Bayden) qətiyyətindən, sədaqətindən və İsrailin (sionist rejim) təhlükəsizliyinə bağlılığından şübhə etmirəm”, - deyə o, bildirib.”

Düzdür, xəbis Ali Səud rejimi üçün Allahın razılığı yox, ABŞ-ın, İsrailin razılığı daha mühümdür. Müsəlman dünyası isə daha çox qüdrət tapmalı, təkcə sionist, ABŞ, Ali Səud rejimlərini deyil, müsəlmanların əleyhinə iş görən bütün qüdrətləri yerində oturtmalıdır.


270 بازدید
در حال ارسال اطلاعات...