Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2021

Peyğəmbər (s) camaatın namusuna təcavüz edənləri vəzifəyə qoyurdu?

Bizə ünvalanan suallardan biri budur ki, məgər, Məhəmməd peyğəmbər (s) camaatın namusuna təcavüz edənləri vəzifəyə qoyurdu? Bu ifadə hansısa bir xətibin çıxışında səslənib və insanlarda yaranan çaşqınlığın qarşısını almaq üçün bir iki kəlmə məsələyə münasibət bildirmək yerinə düşərdi.

Birincisi, bu kimi hallarda xitabətçi gərək bu hadisənin nə vaxt, kim tərəfindən baş verməsini qısa da olsa qeyd etsin ki, məsələ aydınlaşsın. Amma, qeyd edilən hissə təkcə budur ki, Peyğəmbər (s) müsəlmanların namusuna təcavüz edənləri vəzifəyə qoyurdu. Əlbəttə, bu ifadə çox pis səslənir.

Yəqin ki, İslamdan anlayışı olanların bu ifadədən sonra ağlına gələn şəxs Xalid ibn Vəlid adlı bir şəxsdir. Bu şəxs hələ iman gətirməmiş İslam ordusuyla üz-üzə gəlmişdi, Ühüd döyüşündə müsəlmanların məğlub olmasına səbəb olmuşdu.

Xalid ibn Vəlid müsəlman olmamışdan əvvəl də, sonra da, bir sıra cinayətlər etmişdir. Ola bilsin ki, müsəlmanların namusuna təcavüz edən şəxslərin vəzifəyə gətirilməsini Peyğəmbərə (s) nisbət verən xitabətçi də məhz bunu nəzərdə tutub.

Əgər, məqsəd Xalid ibn Vəliddirsə o, Əbu Bəkrin zamanında o zamankı höküməti tanımayan şəxslərlə müharibəyə göndərilib və o zaman onun belə bir iş tutması qeyd edilir. Əslində isə xitabtəçi iki yerdə məsələni qarışdırıb. Birincisi budur ki, Peyğəmbərin (s) müsəlmanların namusuna təcavüz edənləri vəzifəyə gətirməsini iddia etmk doğru deyil. Bu şəxslər cəm halda çoxluq təşkil etmir, söhbət sadəcə Xalid ibn Vəliddən gedir. Bəli, bu şəxsin belə bir iş tutması tarixdə qeyd edilib. İkinci xəta bundan ibarətdir ki, xitabətçi tarix cəhətindən iki hadisəni qarışdırıb. Xalid ibn Vəlid belə bir namussuzluğu edib, amma Peyğəmbərin (s) sağlığında yox, Əbu Bəkrin xilafəti dövründə.

Gəlin, məsələnin aydınlaşması üçün İslam alimlərindən olan cənab Ticani Səmavi Tunisinin “Həqiqət olduğu kimi” kitabının ikinci cildində baxaq. Cənab Ticani kitabın 9-cu hissəsində (Xalid ibn Vəlidə aid olan hissəsində) yazır: “İctihad barəsində qısa söhbətdən sonra yenidən Xalidin məsələsini üstünə qayıdırıq ki, o daha bir dəfə də Allah Rəsulunun (s) əmrindən çıxmışdı. Bu hadisə onun Bəni Cəziməyə tərəf ezam olunması zamanı baş vermişdi. Xalid onları İslama dəvət etməli idi. Müharibə etməyə isə heç bir əmr olmamışdı. Xalid onlara tərəf getdi. Onlar İslamı qəbul etdikdən sonra hiylə işlədərək qılıncla onları qətlə yetirdi. Belə ki, onunla birlikdə o hadisədə iştirak edən Əbdürrəhman ibni Ovf onu iki əmisinin qanını almaq üçün onları öldürməsində ittiham etdi. Peyğəmbər (ə) bu pis xəbəri eşitdikdə, üç dəfə Xalidin işindən Allaha bizarlığını bildirdi. Sonra Əli ibni Əbu Talibi (ə) çoxlu pulla onların yanına göndərib Xalidin öldürdüyü adamların diyəsini verməyi tapşırdı.” Bu həqiqətləri qeyd edəndən sonra cənab müəllif Xalid ibn Vəlidin Əbu Bəkrin dövründə etdiyi namussuzluq hadisəsinə toxunaraq yazır: “Əbu Bəkrin zəmanəsində Yəmanə camaatının başına gətirdiyi işlər mühəqqiqə bəs edər. O, Malik ibni Nüveyrə və onun ailəsini aldatdı, müsəlmanların qollarını bağlatdırıb öldürdü. Elə həmin gecə Malikin arvadının yanına girib onunla zina etdi. Bu rəftarında nə İslam qanununa əməl etdi, nə də ərəb comərdliyinə.”

Deməli, burada iki məsələyə diqqət etmək lazımdır; Peyğəmbər (s) namussuzları vəzifəyə gətirmirdi. Təkcə bir nəfər, Xalid ibn Vəlid burada nəzərdə tutulur ki, onun da etdiyi namussuzluq Əbu Bəkrin zamanında baş verib. Peyğəmbər (s) isə qeyd etdiyimiz kimi Xalidin işindən uzaq olduğunu buyurub və zərərçəkmişlərin diyəsi ödənilib.

Quranın da buyurduğu kimi ən böyük əxlaqa sahib olan bir şəxs (Peyğəmbər (s)) heç belə bir iş tutarmı?
İslam Peyğəmbərinin (s) ən layqli davamçısı və şagirdi olan İmam Əlinin (ə) hakimiyyətə gələn kimi tutduğu işə baxaq; Həzrət (ə) bütün fasiq və günahkar valiləri işdən çıxartdı. Onlar Osmanın zamanında xalqın müxtəlif ərazilərdə başçıları idi. Onlar da iş bacarır, təşkilatçılıq və müdiriyyət edə bilridilər. Hər halda nə də olmasa müəyyən ərazilərdə (şəhərlərdə) vali idilər. Amma, təqvasız olduqları üçün İmam Əli (ə) onları işdən uzaqlaşdırdı. Ərəblər arasında hiyləgər kimi tanınmış Müaviyə (Allah ona lənət eləsin) belə İmam Əlinin (ə) zamanında işdən qovulmuşdu. Əgər, müdiriyyt və qüdrət kiminsə namusuna təcavüz edilməsinə baxmayaraq yenə də mühümdürsə elə İmam Əli (ə) Müaviyəni vəzifədə saxlayar, işdən azad etməzdi.


2830 بازدید
در حال ارسال اطلاعات...