Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Aprel 2021

İstiğfar nədir?

Bir nəfər İmam Əmirəlmöminin Əlinin (ə) yanında dedi: Əstəğfirullah (Allahdan bağışlanmaq istəyirəm).
Həzrət ona buyurdu: Anan vayına otursun! İstiğfarın nə olmasını bilirsən (ki, onu düşünmədən dilinə gətirirsən)? İstiğfar, uca məqamlı dəstənin dərəcə və məqamıdır. 

Onun altı şərti vardır:

Birincisi, keçmiş günahdan peşman olmaq;

İkincisi, günaha qayıtmağı həmişəlik olaraq tərk etmək qərarına gəlmək;

Üçüncüsü, boynunda ziyan və günah olmayan paklıqla Allaha qovuşmağın üçün insanların haqlarını əda etmək;

Dördüncüsü, sənə vacib olmuş, eləcə də əldən çıxardığın (yerinə yetirmədiyin) hər bir şeyin haqqını (qəzasını) yerinə yetirmək;

Beşincisi, səy göstərib (bədənində) haramdan yaranmış əti hüzn və kədərlə o qədər əridəsən ki, dəri sümüyə yapışsın və onların arasında təzə ət bitsin;

Altıncısı budur ki, günahın şirinliyini bədəninə dadızdırdığın kimi ibadət və bəndəliyin əziyyətini də ona dadızdırasan. Belə olan halda “əstəğfirullah” deyərsən. 

(“Nəhcül-bəlağə”, hikmət 418.)


3607 بازدید
در حال ارسال اطلاعات...