Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Mart 2021

Məntəqəmizdə məscidi açdıra bilmirik, Pentaqonu necə fəth edəcəyik?

İmam Zamanı (ə.f) gözləyirik, lap yaxşı! Bəs zəminə...?

Bu dəqiqə kimi dindirsək İmam Zaman ağanı gözlədiyini deyəcək. Müsəlmanlar, məsihilər, yəhudilər... bütün sağlam fitrət sahibləri bir xilaskarı gözləyir. Hətta, mötəbər mənbələr yazır ki, İmam Zaman ağa (ə) Həzrət İsa (ə) peyğəmbərlə gələcək.

Bu gəlişdən az-çox xəbərdar olanlar onu da gözəl bilir ki, onlar dünyanı zülmdən xilas etmək üçün gələcəklər. Zülm məsələsi o qədər aktualdır ki, onlar zühur edən zaman nəinki dünyada, həmin vaxtda da zalımlar, zülmkarlar olacaq, bundan əlavə bu zalımlara ağalıq edən Dəccal adlı bir zalım da olacaq.
Təbii ki, dinindən, məzhəbindən asılı olmayaraq bu dəqiqə kimi dindirsək dünyanı xilas edəcək insanların ordularında iştirak etmək arzusunda olacaq. Çünki, zülm, ədalət, dünyanı zalımlardan xilas edib ədalətlə doldurmaq o qədər lazımlı və mühüm bir prosesdir ki, hər bir sağlam fitrətli, ağlı başında olan adam bir məzlumun belə zülm əlindən xilas olması üçün əlindən etməyə hazırdır. Çünki o, özünü məzlumun yerinə qoyur və asanlıqla anlayır ki, əgər o məzlumun yerində bu şəxs olsaydı mütləq insanların ona yardım etməsini istəyəcəkdi, odur ki, o da digər məzlumlara yardım etməlidir.

İmam Zaman (ə) ağadan müasir dövrdə söz düşdükdə ağla O Həzrətin (ə) Əhli-beyt (ə) düşmənlərindən qisas alması, nənəsi Xanım Zəhranın (s.ə), babası İmam Əlinin (ə), İmam Hüseynin (ə) və digər imamların (ə) qisasını düşmənlərindən alması məsələsi gəlir, bundan başqa, bir də müasir düşmənlərdən məzlumların qisasını alacağı gözlənilir. Bu günlərdə Yəməndə, Fələstində, Suriyada qırılan körpələr vardır. ABŞ, İngiltərə, İsrail, Səudiyyə Ərəbistanı, İŞİD vəhhabiləri və s. qaniçən rejimlər mövcuddur, bütün bunların qisası üçün İmam Zaman (ə) gözlənilir.

Bütün bunlardan əlavə, hər bir gözləyən şəxsin anlaması gərəkən bir məsələ də bundan ibarətdir ki, təkcə oturub İmam Zamanı (ə) gözləmək, hər il Şəban ayının on beşində (Həzrətin (ə) ad günündə) tort bişirib bayram etmək, şənlik qurmaq kifayət deyil, bunlardan daha mühümü budur ki, Həzrətin (ə) gəlişi üçün zəminə yaratmaq lazımdır. Hər kəs birinci öz nəfsindən başlamalı, öz nəfsini paklamalı, daha sonra öz məntəqəsini, şəhərini, ölkəsini xəbis insanlardan, hakimiyyətlərdən təmizləməlidir.

Çünki, adətən bir orduda iştirak etmək üçün ilk növbədə hərbi təlim keçmək lazımdır. İmam Zamanın (ə) ordusu mənəviyyatlı, imanlı, təqvalı insanlardan ibarət olacaqsa da bu iman və təqvanı indidən hazırlamaq lazımdır.

Odur ki, nəfsi təzkiyə etməklə (saflaşdırmaqla) yanaşı gərək zalımların – İmam (ə) gələnə qədər – zülmlərini dəf etməyi, ədaləti mümkün qədər bərpa etməyi də bacaraq. Bir müntəzir (İmam Zamanı (ə) gözləyən aşiq) məntəqəsində min bir bəhanə ilə qapısı bağlı qalan məscidin qapısını aça bilmirsə, o İmam Zamandan (ə) bayrağı alıb Pentaqonu, Ağ evi necə fəth edə biləcək?


2747 بازدید
در حال ارسال اطلاعات...